Hər il 7,5 milyon insan bu xəstəlikdən ölür - CİDDİ TƏHLÜKƏ

Hər il 7,5 milyon insan bu xəstəlikdən ölür - CİDDİ TƏHLÜKƏ
Son araşdırmalar göstərib ki, dünyada 1 milyarddan çox insan hipertoniyadan (yüksək arterial təzyiq) əziyyət çəkir.
Statistikaya əsasən kişilərdə bu xəstəliyə qadınlarla müqayisədə daha tez-tez təsadüf edilir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il yüksək qan təzyiqi 7,7 milyon insanın ölümünə səbəb olur.
Hipertoniya çox hiyləgər xəstəlikdir. Əksər hallarda hipertoniya simptomsuz inkişaf edir. Bir çox insanlar fikirləşir ki, yüksək təzyiq özünü baş ağrıları ilə büruzə verir. Lakin bu çox təhlükəli yanılmadır. Hətta çox yüksək təzyiq zamanı baş ağrısı olmaya bilər. Məhz bu səbəbdən bir çox insanlar onlarda hipertoniyanın olmağından bixəbər olur. Xəstəlik isə gizli şəkildə inkişaf edir, ağır fəsadların yaranmasına (ürək və damar xəstəlikləri, infarkt, insult) gətirib çıxardır.

Müasir tibbdə hipertoniya ilə mübarizə etmək üçün çox təsirli vasitələr var. Bu vasitələrin köməyi ilə təzyiqi normada saxlamaq, ağırlaşmaların qarşısını almaq mümkündür. Lakin bunun üçün xəstə vaxtında özündə bu xəstəliyin olmağından xəbərdar olmalı, vaxt itirmədən həkimə müraciət etməli və həkimin bütün göstərişlərinə dəqiqliklə əməl etməlidir.

Vaxtaşırı olaraq arterial təzyiqinizi ölçün. Göstəricilər 140/90 mm c.st. və bundan yuxarıdırsa, bu hipertoniyanın inkişafından xəbər verir. Dərhal həkimə müraciət edin./ann.az/

OXŞAR XƏBƏRLƏR

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Z...