Cinayət Məcəlləsinə yeni maddələr əlavə edildi, istintaqını DTX aparacaq

Cinayət Məcəlləsinə yeni maddələr əlavə edildi, istintaqını DTX aparacaq

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 30 dekabr 2023-cü ildə imzalanmış və 19 yanvar 2024-cü ildə qüvvəyə minmiş qanunla Cinayət Məcəlləsinə 281-1 və 284-2-ci maddələr əlavə edilib.

 

Sfera.az xəbər verir ki, Cinayət Məcəlləsinin 281-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributların və ya simvolların nümayiş etdirilməsi, yayılması, nümayiş etdirmək və ya yaymaq məqsədilə hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya gəzdirilməsinə görə cinayət məsuliyyəti müəyyən edilib.

 

Bu əməllərə görə beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Həmin əməllərin xarici təşkilatlar və onların nümayəndələrinin tapşırığı ilə törədilməsi isə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

 

Cinayət Məcəlləsinin yeni 284-2-ci maddəsi isə müharibə vaxtı və ya döyüş şəraitində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutur. Bu əməlləri törədənlər üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, ağır nəticələrə səbəb olduqda isə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə üzləşəcək.

 

Məzmunundan göründüyü kimi, qeyd olunan əməllər hazırda ictimai təhlükəliliyinin yüksəkliyi, doğurduğu nəticələrin ağırlığı ilə əlaqədar kriminallaşdırılıb.

 

Qeyd olunan cinayətlərin ibtidai istintaqının aparılması Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) həvalə olunub.


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...