Ticarət və informasiya portalı istifadəyə veriləcək

Ticarət və informasiya portalı istifadəyə veriləcək

Bu ilin sonuna qədər Azərbaycanda ticarət və informasiya portalı - madeinazerbaijan.gov.az istifadəyə veriləcək.

 

Sfera.az xəbər verir ki, bunu Beynəlxalq Ticarət Mərkəzinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birgə keçirdiyi, “Ticarət zamanı qeyri-tarif maneələri” mövzusunda tədbirdə AZPROMO-nun icraçı direktorun müavini Tural Hacılı bildirib.

 

Onun sözlərinə görə, elektron platforma vasitəsilə ixracatçılara daha yüksək səviyyəli və keyfiyyətli xidmətlər göstəriləcək.

 

"Bu portalda zəruri informasiyalar yerləşdiriləcək. İxracatçılar üçün məlumatlar əlçatan olacaq", - deyə o qeyd edib.

 

"Ötən il Azərbaycanın qeyri-neft ixracının dəyərində rekord qeydə alınıb. Azərbaycandan 3,348 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu 2022-ci ilə nisbətən 9,8 % çoxdur. Təkcə ötən ilin dekabrında ölkədən ixrac olunan qeyri-neft məhsullarının dəyəri isə 314,2 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 3,8 % çoxdur. Ötən ilin IV rübündə isə ölkədən 914,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub, bu da əvvəlki ilin eyni rübü ilə müqayisədə 7,9% çoxdur", - deyə T.Hacılı əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...