Çimərlik geyimini kişilərin üzərində reklam etməkləri skandala çevrildi - VİDEO

Çimərlik geyimini kişilərin üzərində reklam etməkləri skandala çevrildi - VİDEO

Avstraliya brendi “Moana Bikini” yeni qadın çimərlik geyiminin reklamında kişidən model kimi istifadə edib. Bu, izləyicilərin tənqidinə və qəzəbinə səbəb olub.


Sfera.az bildirir ki, çimərlik geyimində gəzən kişinin videosunu paylaşan brendin bir çox müştərisi səhifəni izləməyi dayandırıb.


İnstaqram səhifəsində kişi model Ceyk Yanqın 130 dollara ağ tək parça çimərlik geyimində gəzdiyi videonun altında istifadəçilər 1400-dən çox şərh yazıb. Əksəriyyəti qəzəblənib, markanı boykota səsləyib.
 

Videonun başlığında: "Bu görünüşə heyran oldum"-yazılıb.

 

 

 


"Bu kişidir? Kişilər qadınların müqəddəs saydığı hər şeyi mənimsəməyə çalışırlar. Əvvəl təhlükəsiz məkanlarımız, kimliyimiz, indi də geyimlərimiz”,

 

 

 


“Kişilərin qadın çimərlik paltarı geyinib onu qadınlara satmağa çalışması ilə razı deyiləm. On ildir ki, bu markanın sadiq müştərisiyəm, amma artıq bitdi",
 

"Bu model nə qədər gözəl olsa da, sinəsi olan normal qadın bədəninə daha çox yaraşmazdımı”?,
 

"Dəhşətli marketinq. Niyə hamı bu qədər publikaya oyanmağa çalışır. Model qəşəng də olsa, bu o deyil",
 

"Kişilərin qadınlara xas olan hər şeyi mənimsəməsindən bezdik. Özümüz üçün bir şeyimiz ola bilməzmi”?
 

Brendin belə bir addımını gender bərabərliyini nümayiş etdirmək üçün əla variant hesab edənlər də çox olub.
 

Model Jake özü skandala reaksiya verib:
 

"Bir çox fərqli qadın növləri var. "Normal" hesab etdiyinizdən fərqli anatomiyaya malik qadınlar. Mən qadın deyiləm və heç vaxt qadın olduğumu iddia etməmişəm. Nifrət - mənlik deyil, hər kəs öz natamamlıq kompleksini nümayiş etdirir".


“Moana Bikini” də tənqidlərə cavab verib:

"Moana Bikini mövcud olan ən məşhur və güclü brendlərdən biridir. Bu, təkcə qadınların ölçü və üslubu haqqında deyil, ən əsası bütün irqlərə, etnik mənsubiyyətlərə, bədən forması, fiziki ölçülərinə və cinsi oriyentasiyalara olan hörmətimizin göstəricisidir. Bu, indiyə qədər dəyişməyib və heç vaxt dəyişməyəcək. Bir çox istifadəçilər bu reklamın qadınlar üçün təhqiramiz olduğunu əsas gətirir, əslində isə homofob olduqları açıq-aşkar ortadadır. Cinsiyyətini qürurla və əminliklə ifadə edən biri ilə nə işləri var? Biz insanların həm mənfi, həm də müsbət rəylərini almağı və eşitməyi sevirik. Amma biz kimlərisə məmnun etmək üçün burada deyilik. Hər kəsi razı salmaq qeyri-mümkün bir işdir. Əgər insanlar istədiyi paltarı geyinməklə, özünü rahat hiss edən qürurlu bir gey haqqındakı postu bəyənmirlərsə, normal olaraq səhifədən çıxa və ya izləməyi dayandıra bilərlər, elə deyilmi? Təsəvvür edin ki, nədənsə incimisiniz: qalmaq, şərh yazmaq və dava etməklə, ancaq özünüz əsəbiləşəcəksiniz. Bununla, yalnız özünüzə zərər verəcəksiniz. Açığı, bu, bizim yox, onların problemi kimi görünür”.
 

Xatırladaq ki, bənzər qalmaqal keçən ilin mart ayında “Seafolly”çimərlik geyimi brendi tərəfindən yaşanmışdı. Çimərlik yaxınlığında yaşıl bikinili alt paltarlı və papaqlı bir adamın fotoşəkili qalmaqala səbəb olmuşdu.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...