Ayətullah Xamenei İslam ölkələrinə çağırış etdi: "Ona kömək etməməlidirlər"

Ayətullah Xamenei İslam ölkələrinə çağırış etdi:

İranın ali dini lideri Ayətullah Əli Xamenei İslam ölkələrini İsraillə əlaqələri kəsməyə çağırıb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Xamenei bu bəyanatı İsrailin Qəzza zolağında keçirdiyi əməliyyatın qurbanlarına həsr olunmuş tədbir zamanı verib. O, İslam ölkələrini İsraillə bütün əlaqələri kəsməyə çağırıb.


"Onlar onunla siyasi və iqtisadi əlaqələrini kəsməlidirlər, ona kömək etməməlidirlər",-deyə İranın ruhani lideri bildirib. Xamenei onu da deyib ki, bəzən İslam ölkələri nümayəndələrinin mövqeləri və bəyanatları yanlış olur. Onun fikrincə, atəşkəs məsələsi “sionistlərin əlindədir”.


Bundan əvvəl Fələstinin HƏMAS radikal hərəkatı İsrailin iki aylıq barışıq təklifini rədd etmişdi . HƏMAS rəhbərliyi anklavı tərk etməkdən imtina edərək və İsrail hərbçilərinin ərazidən tamamilə çıxarılmasını tələb edərək təklifi rədd edib.



Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...