Milyoner nənənin nəvəsi 25 milyonluq mirasdan imtina etdi - Ehtiyacı olanlara paylayacaq

Milyoner nənənin nəvəsi 25 milyonluq mirasdan imtina etdi - Ehtiyacı olanlara paylayacaq

Avstriyalı 31 yaşlı Marlene Engelhorna 2022-ci ilin sentyabrında nənəsi vəfat etdikdən sonra 25 milyon avro miras qalıb. Gənc qadın bu mirası “ədalətsiz qazanc” adlandırıb.

Sfera.az bildirir ki, Marlen Engelhorn mirası başqalarına verəcəyini deyib.


Qadın bu mirasa haqqı çatmadığını düşünür. O, qeyri-adi bir şəkildə pullardan qurtulmq qərarına gəlib.
 

Qeyd edək ki, Marlenin nənəsi Almaniyanın BASF kimya şirkətini təsis edib və məhz bu şirkət vasitəsilə böyük sərvət qazanıb.
 

Nəvə bu mirası almaq üçün heç bir şey etmədiyini deyir. O, varlı ailədə doğulmasını, lotereya qalibi olmağa bənzədir.


Sərvəti idarə etmək üçün gənc qadın Yenidən Bölüşdürmə üzrə Şura təşəbbüsünə müraciət edib. Təsadüfi seçilmiş insanlar onun pulunu necə xərcləyəcəklərinə qərar verəcəklər.
 

Engelhorn həmyerlilərinə 10 min dəvət göndərib, onlardan bu posta 50 əsas namizəd, həmçinin 15 ehtiyat namizəd seçiləcək.
 

Varis şuranın qərarına veto qoymayacaq. O, yad adamlara güvənir və onlara öz sərvətini verməyə hazırdır. Engelhorn bu nəcib əməlini demokratiyaya xidmət adlandırır.


Bundan əlavə, qadın dövlətin onun mirasına vergi belə tutmaq istəməməsindən şikayətlənib.
 

Varlı nənənin nəvəsi:
 

“Siyasətçilər sərvətin yenidən bölüşdürülməsi işini görmürlərsə, mən bunu özüm etməliyəm”-deyə fikrini izah edib. O həmçinin əlavə edib ki, bir çox avstriyalı tam iş günü işləməklə və qazandıqları hər avrodan vergi ödəməklə dolana bilmirlər. Bəziləri isə heç bir şey etmədən milyonlara sahib olur.
 

Onun fikrincə, bu, siyasətin uğursuzluğudur. Buna görə də vətəndaşlar idarəçiliyi özləri ələ almalıdırlar.


Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...