Əfsanəvi “Boney M” qrupunun yaradıcısı vəfat etdi

Əfsanəvi “Boney M” qrupunun yaradıcısı vəfat etdi

Alman musiqiçi və əfsanəvi "Boney M" qrupunun yaradıcısı Frank Farian 82 yaşında vəfat edib.


Sfera.az xəbər verir ki, bu barədə musiqiçinin ailəsi məlumat verib.


Sənətçinin yaxınlarının verdiyi məlumata görə, o, uzun müddət yaşadığı ABŞ-ın Florida ştatındakı Mayamidəki evində dünyasını dəyişib. Ölümün səbəbi açıqlanmasa da, onun 2022-ci ildə ürəyindən əməliyyat olunduğu və bu müddətdə ürək qapağının dəyişdirildiyi məlum olub.


2024-cü ilin yayında məşhur sənətçinin 83 yaşı tamam olacaqdı.


Frank Farian 1941-ci ildə Almaniyanın cənub-qərbində Kirn şəhərində anadan olub. Yetkinlik yaşına çatanda o, musiqi karyerasını davam etdirməklə bərabər, aşpaz kimi təhsil almağa başlayıb. Daha sonra əvvəlcə müğənni, sonra prodüser kimi fəaliyyət göstərib.


1976-cı ildə məhz onun səyləri sayəsində “Boney M” qrupu meydana çıxdı və “Daddy Cool”, “Rasputin”, “Mary's Boy Child” kimi bir sıra dünyaca məşhur hitlər buraxdı.
 

Frank Farian, həmçinin Meat Loaf və Stevie Wonder kimi sənətçilərlə işləmişdir ki, bu da onlara əlavə populyarlıq gətirmişdir. Bəzi məlumatlara görə, prodüser dünya üzrə 800 milyona yaxın rekord satışa sahibdir.


Xatırladaq ki, ötən gün “Beverli Hills” serialının ulduzu Devid Qeylin 58 yaşında dünyasını dəyişdiyi barədə məlumat yayılmışdı. Məşhur serialda aktyor Brenda Uolşun nişanlısı Stüart rolunu oynayıb. O, həmçinin "Savannah", "ER" və "Robin Hoods" seriallarında çəkilib.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...