Akkreditasiya Şurasının növbəti iclası keçirildi

Akkreditasiya Şurasının növbəti iclası keçirildi

Yanvarın 23-də Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

 

Sfera.az xəbər verir ki, iclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “2023-cü təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki”nə uyğun olaraq 3 ali təhsil müəssisəsində (ADA Universiteti, Azərbaycan Tibb Universiteti və Bakı Mühəndislik Universiteti) yekunlaşmış institusional akkreditasiya qiymətləndirilməsinin nəticələrinin müzakirəsi aparılıb, müvafiq komissiyalar tərəfindən hazırlanmış hesabat və təhlillər təqdim edilib.

 

Müzakirənin yekununda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq, ADA Universitetinin institusional akkreditasiya nəticəsi “uyğundur”, Azərbaycan Tibb Universiteti və Bakı Mühəndislik Universitetinin institusional akkreditasiya nəticələri isə “əsasən uyğundur” hesab edilərək növbəti 5 il müddətinə akkreditasiya edilməsi qərarı alınıb. Yekunlaşan akkreditasiya prosesinin davamı olaraq adları çəkilən ali təhsil müəssisələrinin verilən tövsiyələrin icrasına dair növbəti 6 ay ərzində fəaliyyət planı hazırlaması və Agentliyə təqdim etməsi nəzərdə tutulur. Bununla 2023-cü ildə ümumilikdə 13 ali təhsil müəssisəsində institusional akkreditasiya prosesi yekunlaşaraq barələrində müvafiq qərar qəbul edilib.

 

İclasda institusional akkreditasiya ilə yanaşı 2023-cü ilin dekabrında sahə səfərləri baş tutan, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilən ikili diplom proqramlarının akkreditasiyası barədə də məlumat verilib. Sözügedən ikili diplom proqramları ilə bağlı akkreditasiya ADA Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Bakı Mühəndislik Universitetində keçirilib və hazırda qiymətləndirmə mərhələsindədir.

 

Qeyd edək ki, 2024-cü ildə 11 ali təhsil müəssisəsində institusional, 14 ali təhsil müəssisəsində isə “İbtidai sinif müəllimliyi” ixtisası üzrə proqram akkreditasiya qiymətləndirməsinin həyata keçirilməsi nəzərdə tutulub.

 

Bundan başqa, Azərbaycan Tibb Universiteti və Azərbaycan Universitetinin beynəlxalq proqram akkreditasiyası qiymətləndirməsindən keçmiş ixtisasları üzrə nəticələrinin dövlət akkreditasiyası tərəfindən də tanınmasına dair müraciətlərinə baxılıb.  Azərbaycan Tibb Universitetinin əsas (baza ali) tibb təhsili və bakalavriat səviyyəsində tədris olunan müalicə işi, stomatologiya və əczazçılıq ixtisasları və Azərbaycan Universitetinin bakalavriat səviyyəsində tədris olunan sosial iş ixtisası üzrə aparılmış beynəlxalq proqram akkreditasiya qiymətləndirməsi nəticələrinin dövlət akkreditasiyası tərəfindən nəzərə alınmasına dair qərar qəbul edilib. 


 
Məlumat üçün bildirək ki, Akkreditasiya Şurasına elm və təhsil naziri Emin Əmrullayev sədrlik edir. Şuranın iclasları Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun olaraq təşkil edilir. İclaslarda təhsil və ya müvafiq elmi-tədqiqat sahələrinin mütəxəssisləri, işəgötürənlər, təhsilalanlar, eləcə də tabeliyində təhsil müəssisəsi olan nazirlik, təşkilat və idarələrin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.


OXŞAR XƏBƏRLƏR

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...

"Süni zəka dövrüdür, bəstəkara ehtiyac olmayacaq"

Əməkdar incəsənət xadimi Cavanşir Quliyev maraqlı açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, o, "Xəzər axşamı" verilişində qon...