Elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalandı - FOTOLAR

Elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalandı - FOTOLAR

23 yanvar 2024-cü il tarixində Azərbaycan Texniki Universiteti ilə İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu arasında elmi-tədqiqat üzrə fəaliyyətin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

 

Sfera.az xəbər verir ki, Memorandum “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanının icrası ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində imzalanıb.

 

İmzalanma mərasimində çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Memorandum çərçivəsində həyata keçiriləcək tədbirlərin elmin və təhsilin inteqrasiyasına, mövcud elmi potensialın qorunub saxlanmasına və inkişaf etməsinə, həmçinin ali təhsil müəssisələrində təhsilin məzmununu zənginləşdirməklə yüksək ixtisaslı kadrların hazırlanmasına böyük töhfə verəcəyini bildirib.

 

Altay 

 


OXŞAR XƏBƏRLƏR

İnsanlardan çox qütb ayılarının yaşadığı bu adada yaşamaq mümkündürmü?

7 mart 2025-ci ildə dərc edilən Prezident fərmanı ilə Türkiyə Şpitsbergen (Svalbard) müqaviləsini rəsmi olaraq qüvvəyə mindirib. Bu müqavilə Türkiyə vətəndaşlar...

Məşhur televiziya şousu ulduzunun həyat yoldaşı onu sifarişlə öldürmək istəyib

"Ghost Adventures" realiti-şousunun ulduzu Aaron Qudvinin həyat yoldaşı, 32 yaşlı Viktoriya ərini öldürməyi planlaşdırdığı üçün həbs edilib. Bu barədə...

Millimiz məğlub oldu

Azərbaycanın futzal millisi AÇ-2026-nın əsas mərhələsində səfərdə Yunanıstana məğlub olub.   Sfera.az xəbər verir ki, Afinadakı “DAİS Sports Ha...

Zelenski: Ukrayna birtərəfli qaydada atəşi dayandırmayacaq

Əgər Rusiya tərəfi də müvafiq addımı atsa, Ukrayna cəbhə xətti boyunca 30 gün ərzində atəşi dayandıracaq.   Sfera.az bildirir xəbər verir ki, bu barə...

Dağ Gəzintisi zamanı həyatını itirmişdi: “Mango” qurucusunun istintaqı yenidən açıldı

Türkiyədə doğulan, 14 yaşında ailəsi ilə birlikdə İspaniyaya köçən və tekstil nəhəngi “Mango” nun qurucularından İsak Andiç Ermay ötən ilin dekabrın...

Qadın güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.   Sfera.a...