Almaniyada MÜBAHİSƏLİ MÜZAKİRƏLƏR: “Əcnəbilər orduya çağırılacaq!” 

Almaniyada MÜBAHİSƏLİ MÜZAKİRƏLƏR: “Əcnəbilər orduya çağırılacaq!” 

Almaniya vətəndaşlığı olmayan əcnəbiləri orduya qəbul etməyi planlaşdırır.

 

Sfera.az bildirir ki, ölkənin müdafiə naziri Boris Pistorius bu təcrübəni müdafiə etsə də, ekspertlər narahatlığını ifadə edib. Sözügedən planla bağlı səbəb kimi orduda kadr çatışmazlığı irəli sürülüb.

 

Alman mətbuatında yer alan xəbərlərə görə, hazırda orduda təxminən 180 min kişi və qadın xidmət edir. Bu rəqəmin 2031-ci ilə qədər 203 minə çatdırılması hədəflənir:

 

“Lakin əhalinin qocalması və iş qüvvəsinin azalmasına görə, bu ilki 20 min əsgər çatışmazlığı belə təmin oluna bilmir”.

 

Qeyd olunur ki, ölkədə bir neçə siyasi partiyalar təklifə müsbət yanaşır və orduya çağırılacaq əcnəbilərin Avropadan seçilməli olduğunu vurğulayırlar. Almaniyanın “Bild” nəşrinin məlumatına görə, Belçika hərbi yaşda olan bütün Avropa İttifaqı (Aİ) vətəndaşlarına orduya qoşulmağa icazə verir. Danimarka Aİ vətəndaşlarını öz dillərində danışmaq şərti ilə hərbi xidmətə qəbul edir. İrlandiya isə beş ildən artıq ölkədə yaşayan digər ölkə vətəndaşlarını belə öz ordusuna qəbul edir.

 

Xatırladaq ki, Almaniyanın müdafiə naziri Boris Pistorius bu yaxınlarda “Tagesspiegel” qəzetinə müsahibəsində orduda kadr çatışmazlığının aradan qaldırılması üçün tədbirlər görüldüyünü və əcnəbilərin cəlb edilməsi təklifinin diqqətlə araşdırıldığını deyib.

 

Günay


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...