Əhalinin kredit borcu bu qədər ARTIB - RƏQƏMLƏR

Əhalinin kredit borcu bu qədər ARTIB - RƏQƏMLƏR

Azərbaycanın kredit təşkilatlarından fiziki şəxslərin aldığı kreditlər üzrə yaranan borc 2,73 milyard manatdan çox artıb. 


Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, 2022-ci ilin sonunda əhalinin kredit borcu 11,273 milyard manat idi. 2023-cü ilin sonunda kredit borcunun məbləği 14 milyard manatı ötüb. 


Son bir ildə kredit borcunun məbləğində 2,66 milyard manatdan çox, yəni 23,6 faiz artım baş verib. 


Əhali daha çox krediti banklardan götürür. Borcun 13,5 milyard manatdan çox hissəsi banklardan alınan kreditlərə görə yaranıb. 


Əhali kreditləri müxtəlif məqsədlər üçün alır. Kreditlərin daha çox hissəsi istehlak xərclərinin bir hissəsinin ödənilməsi üçün götürülür. Banklara istehlak kreditlərinə görə yaranan borc 6,94 milyard manatdır və banklara olan ümumi borcun 51,4 faizini təşkil edir. 


İpoteka ilə ev alınması məqsədilə də əhali çox kredit götürüb. Əhalinin hazırda banklara bu məqsədlə 3,63 milyard manat borcu var. 


Yerdə qalan təxminən 3 milyard manata yaxın olan borc isə sahibkarlıq məqsədilə alınan kreditlərə görə yaranıb. 


Ümumilikdə, banklar və mikromaliyyə təşkilatlarına yaranan borcun 58 faizdən çoxu əhali tərəfindən götürülən kreditlərə görə yaranıb.


Vasif
 
 


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...