Arıqlamağa kömək edən ən yaxşı 14 QİDA - SİYAHI

Arıqlamağa kömək edən ən yaxşı 14 QİDA - SİYAHI

Mütəxəssislər bildirirlər ki, arıqlamaq üçün heç də az yeməyə ehtiyac yoxdur, sadəcə olaraq düzgün qidalanmaq lazımdır. Düzgün qidalanmaq isə super qidalar vasitəsilə reallaşa bilər. Super adlandırılan qidalar tərkibindəki vitamin və minerallar sayəsində immunitet sistemini gücləndirməklə qalmır, eyni zamanda köpü azaldır, həzm sistemini nizamlayır və insanın özünü daha enerjili hiss etməsinə səbəb olur.

 

Aile.lent.az maddələr mübadiləsini sürətləndirən və ehtiva etdiyi zülal və yağ mübadiləsinə kömək olaraq əzələ yaradan super qidalarla sizi tanış edir.

 

Qırmızı acı bibər

 

Qırmızı bibər kapsaisin maddəsi ehtiva edir. Kapsaisinin istiliyi maddələr mübadiləsi üçün möcüzədir. İstilik təsiri olan bu maddə yeməkdən sonra iki saat ərzində 15-20 faizə qədər maddələr mübadiləsini sürətləndirir. Ağ və qəhvəyi yağ hüceyrələrini aktivləşdirərək, maddələr mübadiləsinin daha yaxşı təşkil olunmasını təmin edir. Kapsaisin eyni zamanda adrenalin təsirlidir və sinir sistemini aktivləşdirir. Səhər yeməklərinizə yarım çay qaşığı qırmızı acı pul bibər əlavə edin. Bu, gün ərzində daha az kalori almağınızı təmin edəcək və şirniyyata, duzlu atışdırmalara olan istəyi azaldacaq.

 

Xaşxaş

 

Xaşxaş tumları qan şəkərinin tənzimlənməsinə kömək edən sağlam maqnezium, Omeqa 3 və Omeqa 6 yağ turşuları ilə zəngindir. Bundan əlavə, vegetarianlar üçün də zülal qaynağı sayılır. Üstəlik, digər çərəzlərə nisbətən daha asan həzm olunur. 9 dənə lazımlı aminoasidin ehtiva edir. Beləliklə də, zülal sintezini təmin edərək əzələ istehsalına kömək edir. 30 qram xaşxaş toxumu (2-3 xörək qaşığı) 11 qram zülal ehtiva edir. Buna görə də gün ərzində "smoothie”, qatıq və ya salatlara əlavə edin ki, yediyiniz yemək əzələ istehsalını təmin etsin.

 

Yumurta

 

Səhər yeməyində yumurtaya yer verən insanların gün boyu daha az kalori aldığı və 65 faiz daha çox çəkidən azad olduqları müşahidə edilib. Yumurta ana südü kimi keyfiyyətli zülal ehtiva edir və yumurtadakı yağlar iştahı azaldır. Eyni zamanda, 9 əsas amin turşusu ehtiva edir və bunlar əzələ istehsalı üçün vacibdir. Nə qədər çox əzələyə sahibsinizsə, bu, yağ yandırılması üçün o qədər əhəmiyyətlidir. Yumurta həqiqətən mükəmməl bir qidadır.

 

Fındıq

 

12 həftə ərzində hər gün təxminən 2 yemək qaşığı (30 qram) fındıq yeyənlər arasında aparılan araşdırma sübut edib ki, onların pəhriz keyfiyyəti yüksəkdir. Yeyilən fındığın bədən kütlə indeksinə hər hansı bir mənfi təsiri yoxdur. Üstəlik, onların daha az karbohidrat yedikləri və xəstəliklərə qarşı daha dayanıqlı olduqları təsdiqlənib.

 

Qatıq

 

Qatıq möcüzəvi zülal qaynağıdır. Tərkibindəki zəngin kalsium sayəsində daha uzun və keyfiyyətli həyat təmin edir. Kalsium çəki azalmasına kömək edən mineraldır. Daim qatıq yeyənlərin aşağı bədən kütlə indeksinə sahib olmaları, daha incə bel və daha az bədən yağına malik olduqları sübut olunub. Qatığın tərkibindəki probiotiks daha sağlam həzm sistemini təmin edən elementdir. Sağlam həzm sistemi çəkiyə nəzarət etmək üçün əhəmiyyətlidir. İdeal bir ara pay kimi qatığa meyvə və darçın əlavə edərək yeyə bilərsiniz.

 

Qurupaxlalılar

 

2016-cı ildə FAO (Birləşmiş Millətlər Qida və Əkinçilik Təşkilatı) tərəfindən ilin yeməyi seçilib. Çünki qurupaxlalılar yüksək zülal, lif, B qrupu vitaminləri, dəmir, kalsium, sink və maqnezium kimi minerallar ehtiva edən super qidadır. Çəki azaltmağa kömək olur, xolesterolu və qan təzyiqini azaldır.

 

Çöl böyürtkəni

 

Çiyələk, böyürtkən, moruq kimi meyvələr alma və banan kimi digər məşhur meyvələrə  nisbətən daha az enerji tərkiblidir. Çöl böyürtkəni isə vitamin, mineral və böyük nisbətdə lif ehtiva edir. Bu meyvə yalnız infeksiya və toksinlərlə mübarizə aparmır, eyni zamanda maddələr mübadiləsini sürətləndirən antioksidantla da zəngindir.

 

 

Qara şokolad

 

Tünd şokolad arıqlamağa kömək olan pəhrizlər arasında ən yaxşı dada sahib qidadır. Daim müəyyən miqdarda tünd şokolad yeyən insanların arıq olduğu bir faktdır. Çünki müəyyən miqdarda yeyilən tünd şokolad stress hormonu olan kortizol səviyyəsini aşağı salır, xüsusilə qarın bölgəsində yağlanmanın qarşısının alır. Bəs niyə şirniyyat stressi azaltmağa kömək olur? İlk növbədə, antioksidant tərkibli olduğu üçün. Amma şokoladın sinir sisteminə faydaları onun tərkibində kafein olması ilə əlaqəlidir. Ən az 70% kakao ehtiva edən şokoladlar seçilməlidir. Tünd şokoladın da daha tündü ideal seçimdir.

 

Zəncəfil

 

Antioksidant tərkibi yüksək olan zəncəfil kökü iltihab və həzm sistemində yaranan problemlərin aradan qaldırılmasına kömək olur. Həmçinin immunitet sistemini gücləndirir. Bundan başqa, yeməkdən sonra içilən isti zəncəfil doyma hissi yaradır. Zəncəfil bədəndəki yağları yandırır, maddələr mübadiləsini sürətləndirir.

 

Badam

 

Daha az aclıq hiss etdirən və arıqlamağa kömək edən sağlam atışdırmalıqdır. İdmandan əvvəl yeyilən badam yağ yandırılmasını sürətləndirir. Tərkibində yüksək miqdarda lif və zülal vardır. Bu da əzələ istehsalına kömək olur və amin turşusu tərkibi sayəsində əzələlərdə zülal sintezini təmin edir.

 

Dolmalıq bibər

 

Lif, kalium mineralı, fol turşusu ilə yanaşı, A, C, B2, B6 və E vitamini ilə zəngindir. C vitamini sayəsində daha aşağı bədən kütlə indeksi və yağ nisbəti ehtiva edir.

 

Yaşıl çay

 

Yaşıl çayda olan "epi-gallo-kate-3-gallatin”, qısa olaraq EGCG adlandırılan bioloji element bədəndəki yağın yandırılmasını və maddələr mübadiləsini sürətləndirir. Beləliklə də, piylənmə ilə mübarizə aparır. Eyni zamanda, yaşıl çayda olan kafein iştahı azaldır. Xüsusilə, qarın bölgəsində olan yağların yandırılmasına təsirlidir. Həzmi asanlaşdırır. Tədqiqatçılar yaşıl çayla alınan kateşinin həzm sistemində fermentlərin fəaliyyətini yavaşladaraq, kalorilərin bağırsaqlar tərəfindən sorulmasını azaldaraq, çəki itkisini artırdığını sübut ediblər. Bununla yanaşı, yaşıl çayın antioksidant tərkibi yüksəkdir. Yaşıl çay xərçəng hüceyrələri ilə də mübarizə aparır. Yaşıl çay içənlərin içməyənlərlə müqayisədə döş xərçənginə tutulma riskləri daha aşağıdır. Sağlam insanlar gün ərzində 2 fincan yaşıl çay içə bilərlər.

 

Avokado

 

Ürək sağlamlığında olduqca əhəmiyyətli olan avokado təkli doymamaış yağ turşusu tərkibi ilə yanaşı, ideal lif qaynağıdır. Avokado kalium ehtiva edir. Kalium köpü azaldır. Salatlara əlavə edilən təzə avokado A vitaminin qatılığını artırır. Gündəlik pəhrizlərdə yarım təzə avokado yeyən insanlar gün ərzində özlərini daha gümrah hiss edirlər.

 

Qreypfrut

 

Yeməklərdən əvvəl yeyilən yarım qreypfrut çəkinin artmasına mane olur. Yeməkdən sonra yüksələn insulin səviyyəsini azaldır. Beləliklə də, çəki azalmasına mane olan insulin müqavimətinin qarşısını alır. Ancaq qreypfrut bəzi xolesterol dərmanları ilə qarşılıqlı təsirə malikdir. Ona görə də qreypfrut yeməzdən əvvəl həkimlə məsləhətləşin.


OXŞAR XƏBƏRLƏR