“Bu, Azərbaycana qarşı qərəzli yanaşmadır” – AŞPA-da qəbul edilmiş qətnaməyə SƏRT REAKSİYA

“Bu, Azərbaycana qarşı qərəzli yanaşmadır” – AŞPA-da qəbul edilmiş qətnaməyə SƏRT REAKSİYA

Fransa Parlamentinin və Avropa Parlamentinin Azərbaycanın əleyhinə qəbul etdiyi sənədlərə Avropa Şurası Parlament Assembleyası da qoşulmaq istəyir.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

 

"Avropa Şurası Parlament Assembleyası(AŞPA) “Dağlıq Qarabağla” bağlı qəbul etdiyi qətnamədə Azərbaycan hakimiyyətinə Qarabağdan olan ermənilərin bölgəyə qayıda bilməsi üçün “etimad mühiti və maddi şərait yaratmaqla bağlı” çağırış edib. AŞPA bundan başqa, “ermənilərin hüquq və azadlıqlarının müdafiəsi və gücləndirilməsi üçün nəzərdə tutulan tədbirlər haqqında tam və ətraflı məlumat verməyi” Azərbaycandan xahiş edib”.

 

Politoloq bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi isə Avropa Şurası Parlament Assambleyasının Qarabağla bağlı qətnaməsini və tövsiyəsini rədd etdiyini və şiddətlə qınadığını bildirən bəyanat yayıb.

 

“Bəyanatda AŞPA-nın Azərbaycana münasibətdə növbəti dəfə qərəzsiz yanaşma nümayiş etdirmək imkanına malik olmadığı göstərilib. Azərbaycan Qarabağ ermənilərinə Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində hüquqlar və təhlükəsizlik vədi verib. Buna baxmayaraq, Azərbaycanın atdığı bu addımların heç biri AŞPA-nın sənədlərində qeyd edilməyib. Bu da Azərbaycana olan qərəzli yanaşmanın sübutudur”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...