Türkiyədə 20 mindən çox hərbçi ordudan xaric edilib
Dünya
15:45 / 17.11.2016
1220
Türkiyədə 20 mindən çox hərbçi və hərbi məktəblərin kursantları FETÖ təşkilatı ilə əlaqədə olduqlarına görə ordudan xaric olunub.
Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Fikri Işık bildirib.
"Bu günə qədər 3665 nəfər FETÖ təşkilatı ilə əlaqədə şübhəli bilinərək Türkiyə Silahlı Qüvvələrinin sıralarından xaric olunub. 16423 nəfəri hərbi məktəblərin kursant olmaqla, ümumilikdə Türkiyə silahlı Qüvvələrindən kənarlaşdırılan şəxslərin sayı 20088 olub. 2855 nəfərə qarşı isə cinayət işi davam etdirilir”, - deyə nazir vurğulayıb.