Azərbaycanda nə qədər pul var? – SON RƏQƏMLƏR

Azərbaycanda 2024-cü ilin yanvarın 1-nə olan məlumata əsasən, 45 milyard 73 milyon 500 min manat dəyərində pul var.
Sfera.az Mərkəzi Bank-a istinadən xəbər verir ki, bu qədər pulun 65 faizə yaxını banklarda, qalanı banklardan kənarda yerləşir.
Banklarda 29,2 milyard manat dəyərində pul var. Bu qədər pulun 19,498 milyardını manatla depozitlər, 9,702 milyard manatını xarici valyutada olan depozitlər təşkil edib.
Banklardan kənarda 15,873 milyard manat pul var.
Azərbaycanda olan pulun həcmi son bir ildə 2,248 milyard manat və ya 5,25 faiz artıb. Son bir ildə pulun həcminin artması yalnız banklardan kənarda olan pulun miqdarının artması hesabına baş verib. Banklardan kənarda olan pul 2,576 milyard manat artıb ki, bu da 19,3 faiz artım deməkdir.
Vasif