Qohum evlilikləri ilə bağlı FAKTLAR: lü doğulma, ürək qüsuru..." - AÇIQLAMA

Qohum evlilikləri ilə bağlı FAKTLAR:

Bəzi insanlar ailə bağlarının qorunması üçün qohum evliliyini vacib hesab edirlər. Belə evlilikdən doğulan uşaqların bir çoxunda eyni geni daşıdıqları üçün sağlamlıq problemləri olur. Lakin bəzi insanlar bu cür məsələləri düşünmədən ailə həyatı qururlar.

 

Bəs qohum evliliklərinin fəsadları nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim Natavan Nəbiyeva bildirib ki, hər bir insan 5-dən 8-ə qədər genetik xəstəliyin daşıyıcısıdır. “Qohum evliliyi edənlərin genetik cəhətdən xəstə uşaq dünyaya gətirmə ehtimalları 9 faiz daha çoxdur. Əmi uşaqlarının evliliyi birinci dərəcəli, nəvə evlilikləri isə ikinci dərəcəli evlilik sayılır. Genetik problemlər həm atadan həm də anadan ötürülə bilir. Buna görə də cütlüklər evliliyin əvvəlində və hamiləliyin ilk aylarında genetik analizlər verməlidirlər. Həmin analizlərə əsasən cütlüklərin evliliyə uyğun olub-olmadığı müəyyənləşdirilir”.

 

Həkim bildirib ki, qohum evliliyi edən cütlüklərin bir çoxu genetik xəstəliklərə önəm vermirlər. “Azərbaycanda 10-dan çox irsi xəstəlik mövcuddur. Bu xəstəliklərlə doğulan uşaqların sayı ildən-ilə artır. Uşaqların ana bətnində ölməsi, hamiləliyin erkən bitməsi, ölü doğulma, ürək qüsuru, uşaqların aşağı çəki ilə dünyaya gəlməsi faktlarına ən çox qohum nikahlarda rast gəlinir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Novxanıda dənizdə 2 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub. ...

Azərbaycanda da sevilən müğənni xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin tanınmış müğənnisi və bəstəkarı Nazan Öncel yenidən xəstəxanaya yerləşdirilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə &...

Litvalı jurnalist: İlham Əliyev bütün çətin suallara qətiyyətlə və səmimi cavab verdi

Azərbaycan bu gün özünü mürəkkəb çağırışların öhdəsindən gəlməyi bacaran və davamlı inkişaf yolunda inamla irəliləyən güclü, dözümlü və etibarlı ölkə kimi nümay...

Hikmət Hacıyev: Qlobal mediaforum Şuşada təsadüfən təşkil olunmayıb

Şuşa Azərbaycan xalqı üçün çox dəyərli bir yerdir və qlobal media forumunun keçirildiyi yer kimi bura təsadüfən seçilməyib.   Sfera.az Report-a ...

Prezidentin köməkçisi: 44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı

44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi &mi...

Tanınmış müğənniyə ağır itkiMüğənni Yaşar Cəlilovun ailəsinə ağır itki üz verib.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, sənətçinin anası Maisə xanım gecə saa...