İsrail XİN rəhbərinin fələstinlilərlə bağlı bu təklifi Aİ-ni QARIŞDIRDI

İsrail XİN rəhbərinin fələstinlilərlə bağlı bu təklifi Aİ-ni QARIŞDIRDI

İsrailin xarici işlər naziri İsrael Katz Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərini qapalı iclasda qəzəbləndirib.


Sfera.az "The New York Times"a istinadən xəbər verir ki, danışıqlar zamanı İ.Katz yük və sərnişinləri yoxlamaq üçün Qəzza zolağının yaxınlığında süni ada yaratmaq təklifinin 2017-ci il videosunu nümayiş etdirib. Bundan əlavə, plan fələstinlilərin adaya hipotetik köçürülməsini nəzərdə tutub. 

 

Bu bəyanat Avropa nümayəndələrinin qarışıq reaksiyasına səbəb olub. Xüsusilə, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell açıq şəkildə bəyan edib ki, “bunun (ada yaradılması) müzakirə mövzusu ilə xüsusi əlaqəsi yoxdur” və əlavə edib ki, avropalıların fikrincə, “İsrailin təhlükəsizliyini və qonşuları ilə yanaşı həyatını təmin edəcək və Fələstin dövlətinin yaradılmasını təmin edəcək davamlı sülh lazımdır".

 

Bundan başqa, İsrail XİN rəhbərinin hərəkətləri Təl-Əvivin özündə də qarışıq reaksiya ilə qarşılanıb. Adının çəkilməsini istəməyən İsrail rəsmilərindən biri Katzın təklifinin hökumət siyasəti olmadığını bildirib.

 

Bundan əvvəl İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri David Barnea Fələstinin radikal HƏMAS hərəkatının liderlərini Qəzza zolağından çıxmağa dəvət edib . Təklif daha geniş atəşkəs danışıqları kontekstində irəli sürülüb.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Novxanıda dənizdə 2 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub. ...

Azərbaycanda da sevilən müğənni xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin tanınmış müğənnisi və bəstəkarı Nazan Öncel yenidən xəstəxanaya yerləşdirilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə &...

Litvalı jurnalist: İlham Əliyev bütün çətin suallara qətiyyətlə və səmimi cavab verdi

Azərbaycan bu gün özünü mürəkkəb çağırışların öhdəsindən gəlməyi bacaran və davamlı inkişaf yolunda inamla irəliləyən güclü, dözümlü və etibarlı ölkə kimi nümay...

Hikmət Hacıyev: Qlobal mediaforum Şuşada təsadüfən təşkil olunmayıb

Şuşa Azərbaycan xalqı üçün çox dəyərli bir yerdir və qlobal media forumunun keçirildiyi yer kimi bura təsadüfən seçilməyib.   Sfera.az Report-a ...

Prezidentin köməkçisi: 44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı

44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi &mi...

Tanınmış müğənniyə ağır itkiMüğənni Yaşar Cəlilovun ailəsinə ağır itki üz verib.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, sənətçinin anası Maisə xanım gecə saa...