Elektrik sayğacları bu halda təhlükəlidir: "Yanğına gətirib çıxarır..." - FOTO

Elektrik sayğacları bu halda təhlükəlidir:

Qırılmış, zədələnmiş, qutusunun qapağı açıq olan elektrik sayğacları...Demək olar ki, əksər həyət evlərində nisbətən kənarda yerləşdirilən sayğaclar bu vəziyyətdədir. Ya vətəndaşlar məsuliyyətsiz və ya səhlənkardır, ya da aidiyyatı qurum buna vaxtında nəzarət etmir.

 

Elektrik sayğacları hansı təhlükələr yarada bilər? Vətəndaşlar sayğaclarla bağlı nələrə diqqət etməlidir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib ki, elektrik sayğacları onlar üçün nəzərdə tutulan qutularda və örtülü şəkildə olmalıdır: “Məişət abonenti elektrik şəbəkəsinin, sayğacın təhlükəsiz istismarına cavabdehdir. İstehlakçının təqsiri üzündən hər hansısa bir nasazlıq yaranarsa, sayğac sıradan çıxarsa, işlək funksiyaları pozularsa, onun təmir olunması şəxsin hesabına edilir. Zərərə düşməmək üçün sayğacların bağlı saxlanılması təmin olunmalıdır. Təbii ki, sayğaclar quraşdırılanda yerləşdirildiyi qutuların açarı da vətəndaşa verilir. Qutu və ya sayğac sıradan çıxarsa, yenidən əvəz etmək lazımdır”.

 

Müsahibimiz deyib ki, sayğacların yerləşdiyi qutuların açıq olması müəyyən problemlərə səbəb ola bilər: “Məsələn, əlverişsiz hava şəraitində - küləyin, yağışın, qarın təsirindən içəriyə yad cisim düşə, qısaqapanma yarana bilər. Bunun isə yanğına gətirib çıxarması mümkündür. O cümlədən azyaşlılar, yoldan keçən şəxslər də bilməyərəkdən açıq vəziyyətdə qalan sayğaclara toxuna, onları elektrik cərəyanı vura bilər. Yaxşı olar ki, vətəndaşlar həm əlavə xərcə düşməmək, həm də təhlükəsizlik baxımından elektrik sayğaclarının qutularda yerləşməsini, ağzının qapalı olmasını təmin etsinlər”.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...