XI sinif şagirdi Raul Rəhimovu öldürən sinif yoldaşıdır? - RƏSMİ AÇIQLAMA

XI sinif şagirdi Raul Rəhimovu öldürən sinif yoldaşıdır? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Gəncədə XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə bıçaqlanaraq qətlə yetirilib.

 

Sosial şəbəkələrdə şagirdin sinif yoldaşı tərəfindən bıçaqlandığı iddia olunur.Məsələ ilə bağlı Sfera.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.

 

Agentlikdən sorğumuza cavab olaraq bildirildi ki, yeniyetməni bıçaqlayan məktəb şagirdi deyil. 

 

Qeyd edək ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri hərəkətlər yerinə yetirilir.

 

Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Həbsdə olan bəstəkar bu müğənnilərə mahnılarını oxumağa QADAĞA QOYDU

6 ildən artıqdır həbsdə olan tanınmış bəstəkar və şair Tural Bayraməliyev bəzi müğənnilərə mahnılarını oxumağa qadağa qoyub.   Sfera.az xəbər verir k...

Bakıda ağaclarda Amerika kəpənəklərinin sayı çoxalıb, bu ərazi nəzarətə götürüldü - VİDEO

Son günlər paytaxtda Amerika ağ kəpənəyinin tırtıllarının artması müşahidə olunub.   Sfera.az-ın məlumatına görə, bu, Binəqədi rayonu, 7-ci mikrorayo...

Sərnişinlərin qulaqlarından və burnundan qan açıldı: Təyyarə təcili eniş etdi

Yutadan Oreqon ştatının Portland ştatına uçan təyyarədə təzyiq problemləri uçuşu sərnişinlər üçün qorxulu yuxuya çevirib. Uçuş zamanı sərnişinlərin qulaqlarında...

Kassano Ronaldunu sərt tənqid etdi: "O, futbol oynamağı bacarmır"

İtaliya millisinin və "Real Madrid"in sabiq hücumçusu Antonio Kassano Portuqaliya millisinin ulduz hücumçusu, vaxtilə kral klubunda çıxış edən, indi i...

COP29-la bağlı nəqliyyatda mühüm YENİLİK

"COP29-la bağlı nəqliyyat konsepsiyası hazırlanıb".   Bu sözləri COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin direktoru Orxan Mahmu...

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...