Zədələnən Rüstəm Əhmədzadənin son durumu

İdman
22:00 / 22.01.2024
7580
"Zirə"nin hücumçusu Rüstəm Əhmədzadə zədələnib.
Sfera.az xəbər verir ki, 23 yaşlı hücumçu bu gün "Səbail"ə qarşı Premyer Liqanın 19-cu turunun səfər matçında (0:0) sıradan çıxıb.
67-ci dəqiqədə Salifu Sumanın yerinə oyuna daxil olan Əhmədzadə 85-ci dəqiqədə məcburi əvəzlənməli olub.
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov futbolçusunun durumu ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, R.Əhmədzadənin əzələsi dartılıb. Bu səbəbdən o, ən azı 2-3 həftə komandasına kömək edə bilməyəcək. (Qol.az)