Əli Əsədov Aleksey Overçukla görüşdü

Siyasət
20:30 / 22.01.2024
8181
Yanvarın 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukla görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticari əməkdaşlığının aktual məsələləri və birgə layihələrin həyata keçirilməsinin gedişatı müzakirə olunub.
Tərəflər 2024-2026-cı illər üçün Azərbaycan-Rusiya əməkdaşlığının əsas sahələrinin inkişafına dair Yol Xəritəsinin imzalanmasının vacibliyini qeyd ediblər.