Çirkli pulların yuyulmasında ittiham olunan bloqqer istintaq təcridxanasına göndərildi - FOTOLAR

Çirkli pulların yuyulmasında ittiham olunan bloqqer istintaq təcridxanasına göndərildi - FOTOLAR

Rusiya Federasiyasının Moskva üzrə İstintaq Komitəsi bloqqer Yelena Blinovskayanın həbsə alınması üçün Zamoskvoretski rayon məhkəməsinə göndərdiyi vəsatət təmin olunub. Blinovskaya 2024-cü il aprelin 24-dək istintaq təcridxanasında qalacaq.


Sfera.az bildirir ki, Rusiyalı bloqqer bir milyard rubldan çox vergi ödəməkdən yayınmaqda və çirkli pulların yuyulmasında ittiham olunur. O, həmçinin ev dustaqlığı qaydalarını pozmaqda, iş üzrə şahidlə ünsiyyətdə və evində yeni il şənliyi keçirməkdə ittiham olunub.

 

İstintaq Komitəsinin mətbuat xidməti onu da bildirib ki, Blinovskaya ödəniş vasitələrinin qanunsuz dövriyyəsi maddəsi ilə (CM-nin 187-ci maddəsinin 1-ci hissəsi) ittiham olunub.


Məhkəmə prosesi bu gün baş tutub. İş üzrə şahid Blinovskayanın şirkətlərindən birinin baş direktoru Viktoriya Asmolova olub. O da yeni il şənliyində iştirak edib.


Müstəntiq bildirib ki, Blinovskaya hazırda Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə ittiham olunur ki, bu da sahibkarların istintaq təcridxanasına göndərilməsinə qadağaya şamil edilmir.


Yelena Blinovskaya kimdir?


Yelena Blinovskaya məşhur rusiyalı bloqqer, teleaparıcı, psixologiya və şəxsi inkişaf üzrə məşhur (“istək marafonları”) kursların təşkilatçısıdır. İstintaq Komitəsi iddia edir ki, bloqqer büdcəyə 918 milyon rubldan çox vergi ödəməyib və cinayət yolu ilə əldə etdiyi 43 milyon rublu leqallaşdırıb.


Blinovskaya 2023-cü ilin aprelində Rusiyanı tərk edərək Belarusa, oradan isə Özbəkistana getmək istəyərkən saxlanılıb. Federal Vergi Xidməti bloqqerin cərimələri az ödədiyini üzə çıxarıb ki, bu da borcun ümumi məbləğinin 1,4 milyard rubla qədər artmasına səbəb olub.
 

2023-cü ilin sonunda Rusiya mətbuatı Blinovskayanın bütün borcunu ödədiyini yazıb. Lakin vəkili Nataliya Salnikova bunu təkzib edərək, onun 64 milyard rubl dəyərində aktivinə həbs qoyulduğunu deyib. Daha sonra bloqqerin 55 milyon rubl vergi ödədiyi bildirilib.


Blinovskayanın özü özünü “motivasiyalı natiq” adlandırır. O, 2015-ci ildə insanların “istək kartları” hazırladığı marafonlarını satmağa başlayıb. O, hətta Sankt-Peterburq meriyasının təsis etdiyi TV-3 kanalında şou müəllifi və aparıcısı olub. Blinovskaya dövlətdən də başda Kino Fondu haqqında bir film üçün 25 milyon rubl olmaqla, pul vəsaiti alıb.
 

Blinovskaya evlidir, 4 uşaq anasıdır.

 

 

Qeyd edək ki, Yelena Blinovskaya məhkəmənin 28 aprel 2023-cü il tarixli qərarı ilə ev dustaqlığındadır.
 

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...