Prezidentliyə namizəd Qüdrət Həsənquliyev Qaradağda seçicilərlə görüşdü - FOTO

Prezidentliyə namizəd Qüdrət Həsənquliyev Qaradağda seçicilərlə görüşdü - FOTO

Yanvarın 22-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Prezidentliyə namizəd Qüdrət Həsənquliyev Qaradağ rayonunda seçicilərlə görüşüb.

 

Partiyanın seçki platformasının əsas istiqamətlərini seçicilərin diqqətinə çatdıran Prezidentliyə namizəd, ölkədə bir çox sahələrdə təxirəsalınmaz islahatların aparılmasının zəruriliyini vurğulayıb.

 

Qanunun aliliyinin təmin olunmasının, ədalətli məhkəmə hakimiyyətinin, andlı iclasçılar institutunun ölkədəki bir çox problemlərin həlli üçün əsas şərt olduğunu vurğulayan prezidentliyə namizəd qeyd edib ki, seçicilərin etimadını qazanacağı təqdirdə, ilk növbədə sözügedən sahədə, həmçinin vətəndaşların mülkiyyət hüquqlarının qorunması iqtiqamətində, eləcə də sosial-iqtisadi sahədə islahatların həyata keçirilməsinə nail olacaq.

 

Prezidentliyə namizəd ədalətli cəmiyyət qurmaq üçün hüquqi dövlət quruculuğunun, hüquqi dövlət quruculuğu üçün isə ictimai şüurun inkişafının, demokratik dünyagörüşünün formalaşmasının zəruriliyini qeyd edib. Qüdrət Həsənquliyev bildirib ki, yalnız parlament tipli respublika modelində çoxpartiyalı sistemə real məzmun vermək mümkündür. Parlamentli respublika modelinin ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinin sürətləndirilməsi, demokratiyanı qavrama səviyyəsinin yüksəldilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan prezidentliyə namizəd, seçicilərin etimadını qazanacağı təqdirdə genişmiqyaslı konstitusiya islahatlarının aparılacağını bildirib.

 

Prezidentliyə namizəd öz nitqində təhsil, səhiyyə sistemində, mədəniyyət və digər istiqamətlərdə aparılması vacib olan islahatlardan da söz açıb.

 

Instagram

Bizim Instagr


OXŞAR XƏBƏRLƏR

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə o...

Bu şəxslərə 1600 manat müavinət veriləcək

Bu ildən məbləği artırılan birdəfəlik müavinətlərdən biri də cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə olan ödənişdir. Belə ki,...

İşdən çıxarılan direktorun başqa vəzifəsi var imiş

Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli işdən çıxarılıb. Direktor yayılan səsyazısında "Son ...

Barmaqlar suda niyə qırışır? - Alimlər gözlənilməz cavabla üzləşdilər

Binqemton Universitetindən olan amerikalı alimlər maraqlı bir fenomenin - barmaqların suda uzun müddət qaldıqdan sonra qırışmasının əsl səbəbini müəyyən ediblər...

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...