İstənilən cinsi əlaqədə bu 3 xəstəlik yarana bilər - Seksoloqdan HƏYƏCAN TƏBİLİ

İstənilən cinsi əlaqədə bu 3 xəstəlik yarana bilər - Seksoloqdan HƏYƏCAN TƏBİLİ

İstənilən cinsi əlaqə risklidir və insanın həyatına, sağlamlığına zərər verə bilər.

Sfera.az Daily Mail-ə istinadən xəbər verir ki, bunu seksoloq Treysi Koks deyib. O, cinsi əlaqənin gözlənilməz təhlükələrini təsvir edib.


Koksun xəbərdar etdiyi ilk təhlükə insan papillomavirusu ilə yoluxma olub. O qeyd edib ki, cinsi yolla ötürülən bu ümumi xəstəlik, oral seks zamanı yoluxduğu təqdirdə uşaqlıq boynu və ya qırtlaq xərçənginə səbəb ola bilər. Seksoloq qeyd edib ki, araşdırmalar xərçəng xəstəliyinə tutulma riskinin cinsi partnyorların sayı ilə mütənasib olduğunu göstərir.


Bir insanın həyatına əhəmiyyətli dərəcədə təsir edən başqa bir cinsi yolla ötürülən virus, herpesdir.

 

Onun sözlərinə görə, bu infeksiya sağalmazdır və insan ömrünün sonuna qədər potensial yoluxucu olaraq qalır.


“Təsəvvür edin ki, nəhayət əsl sevgi ilə qarşılaşdınız, etiraf etdiniz və dərhal tərk olundunuz. Yaxud da sizə xəstəlik barədə heç nə deməyiblər və qorxu ilə yaşayırsınız ki, bir gün sizin sevdiyiniz insan da xəstələnəcək”, - seksoloq izah edib.


Koks aktiv cinsi həyatın üçüncü təhlükəsi kimi xlamidiyanın adını çəkib.

 

O, cinsi yolla keçən xəstəliyin antibiotiklərlə asanlıqla müalicə olunduğunu, lakin çox vaxt diqqətdən kənarda qaldığından, bir çoxunun illərlə bu xəstəliklə yaşadığını söyləyib. Tədricən, xlamidiya çanaq orqanlarının iltihabına səbəb olur, mütəxəssis sonsuzluğa və ya ektopik hamiləliyə səbəb olduğunu da bildirib.


Koks həmçinin qeyd edib ki, təhlükələri başa düşmək cinsi həyatınızı xəstəlik və məyusluq deyil, sevinc və həzz gətirəcək şəkildə planlaşdırmağınıza kömək edə bilər.



İnci


OXŞAR XƏBƏRLƏR

Novxanıda dənizdə 2 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub. ...

Azərbaycanda da sevilən müğənni xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin tanınmış müğənnisi və bəstəkarı Nazan Öncel yenidən xəstəxanaya yerləşdirilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə &...

Litvalı jurnalist: İlham Əliyev bütün çətin suallara qətiyyətlə və səmimi cavab verdi

Azərbaycan bu gün özünü mürəkkəb çağırışların öhdəsindən gəlməyi bacaran və davamlı inkişaf yolunda inamla irəliləyən güclü, dözümlü və etibarlı ölkə kimi nümay...

Hikmət Hacıyev: Qlobal mediaforum Şuşada təsadüfən təşkil olunmayıb

Şuşa Azərbaycan xalqı üçün çox dəyərli bir yerdir və qlobal media forumunun keçirildiyi yer kimi bura təsadüfən seçilməyib.   Sfera.az Report-a ...

Prezidentin köməkçisi: 44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı

44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi &mi...

Tanınmış müğənniyə ağır itkiMüğənni Yaşar Cəlilovun ailəsinə ağır itki üz verib.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, sənətçinin anası Maisə xanım gecə saa...