Pakistan və İran anlaşdı: Səfirlər geri qayıdır

Pakistan və İran səfirlərinin yanvarın 26-dək öz vəzifələrinə qayıtması haqqında razılığa gəliblər.
Sfera.az xəbər verir ki, iki ölkənin xarici işlər nazirləri arasında telefon danışığı olub və razılaşma əldə edilib.
Razılaşmaya əsasən, İranın xarici işlər naziri pakistanlı tərəfdaşının dəvəti ilə yanvarın 29-da Pakistana səfər edəcək.
Xatırladaq ki, İran yanvarın 16-da Pakistan ərazisinə raket və təyyarələrlə hücum edərək terrorçu ünsürləri hədəfə aldığını açıqlayıb. Pakistan da buna cavab olaraq gecə saatlarında İranla sərhəd bölgədə bir nöqtəni raketlərlə vuraraq terrorçulara qarşı əməliyyat keçirdiyini bildirib. Tərəflər bir-biriləri əleyhinə bəyanatlar verərəkən hücumlarda mülki şəxslərin həlak olduğunu bildiriblər.
Yaranmış gərgin vəziyyətdə Pakistan və İran səfirlərini geri çağırmışdılar.
Vasif