Göydən evinə daş düşdü, zəngin oldu - FOTO

Almaniyanın Şlezviq-Holşteyn bölgəsində yaşayan 46 yaşlı Mahmut Şahin həyətinə düşən meteoritin sayəsində zəngin olub.
Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelin 25-də Şahinin yaşadığı fərdi evin həyətinə meteorit düşüb. Mütəxəssislərin rəyini öyrənən Şahin meteoritin çox qiymətli olduğunu aşkar edib.
Almaniyanın “Bild” qəzetinə açıqlama verən türk meteroidin çoxlu alıcılarının olduğunu da bildirib: “Evimin həyətinə meteoritin düşdüyünü elan edəndə dünyanın müxtəlif yerlərindən təkliflər gəldi. Hindistandan bir alıcı ilə görüşdük. Daşın Qətərdə hərraca çıxarılması da təklif edildi, bundan başqa ABŞ-dən onu almaq istəyənlər də gəldi. Alıcılar daşa 200 min avro ödəməyə hazır olduqlarını bildirdilər”.
Şahid deyir ki, çəkisi 3,7 kiloqram olan meteoriti bir çox mütəxəssis araşdırıb: “Mütəxəsislər daşın Mars və Yupiter arasında bir meteorit qurşağından Yer planetinə gəldiyini təxmin ediblər. Meteoritin H tipli bir xondrit olduğunu aşkar edən elm adamları daşda metal miqdarının yüksək olduğunu vurğuladılar”.
Vasif