"Ataları onlara ünvanlanan suallara..." - Uşaqlarda cinsi tərbiyə nə zaman başlamalıdır?

Dövrümüzün aktual məsələlərindən biri də uşaqlar arasında cinsi tərbiyənin formalaşdırılmasıdır. 3-5 yaş aralığında olan uşaqlar tərəfindən cinsi məlumatlar böyük maraqla qarşılanır. Uşaqların bir çoxu valideynlərinə “Mən necə doğuldum”, “Hardan gəldim” kimi suallar ünvanlayır. Valideynlər isə bu suallara cavab verməkdən qaçırlar.

 

Bəs bu nə dərəcədə düzgündür və uşaqlarda cinsi tərbiyə nə zaman başlamalıdır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Fidan Nizamova bildirib ki, cinsi tərbiyə uşaq anadan olandan başlayır. Onun sözlərinə görə, uşağın bədəninə hər kəs toxunmamalıdır:

 

“Uşaq özünü dərk edəndən, ona, bədəninin hər kəsin toxuna biləcəyi obyekt olmadığını izah etmək lazımdır. Cinsi tərbiyə valideynlər tərəfindən yaş dövrünə uyğun verilməlidir. 3-5 yaş aralığındakı uşaqların verdiyi suallar cavablandırılmalı və cavablar uşağın anlaya biləyəcəyi anlaşıqlı dildə və yaşına uyğun verilməlidir. Qız uşaqlarının ataları onlara ünvanlanan suallara “get anandan soruş” deyə cavab verməməlidir”.

 

Psixoloq diqqətə çatdırıb ki, uşaqlıq dövründə sağlıqlı keçirilən cinsi tərbiyə yetişkinlik dövründə sağlam cinsi həyatın təməlini qoyur. “Yeniyetməlik dövründə cinsi tərbiyə daha da çətindir. Valideynlər bu barədə uşaqlarını məlumatlandırmaqdan utanmamalıdır. Əks halda, uşaqlar müəyyən bir zaman sonra bu barədə gizli yollarla məlumat əldə etməyə çalışacaqlar. Bu daözlüyündə cinsi tərbiyəni zədələyə bilər”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Bu şəxslərə 1600 manat müavinət veriləcək

Bu ildən məbləği artırılan birdəfəlik müavinətlərdən biri də cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə olan ödənişdir. Belə ki,...

İşdən çıxarılan direktorun başqa vəzifəsi var imiş

Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli işdən çıxarılıb. Direktor yayılan səsyazısında "Son ...

Barmaqlar suda niyə qırışır? - Alimlər gözlənilməz cavabla üzləşdilər

Binqemton Universitetindən olan amerikalı alimlər maraqlı bir fenomenin - barmaqların suda uzun müddət qaldıqdan sonra qırışmasının əsl səbəbini müəyyən ediblər...

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...