Messi ilə dalaşdığı üçün komandadan GEDİR – Argentina millisində QALMAQAL

İdman
17:45 / 22.01.2024
4787
Argentina millisinin kapitanı Lionel Messi ilə baş məşqçi Lionel Skaloni arasında münaqişə yaranıb.
Sfera.az bildirir ki, mübahisənin səbəbi 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Uruqvaya məğlub olduqları oyun (0:2) olub.
Tərəflər arasındakı gərginlik matçdan əvvəl başlayıb, lakin məğlubiyyətdən sonra daha da şiddətlənib.
Qeyd edək ki, oyun noyabrın 17-də baş tutub və beş gün sonra argentinalılar Braziliyaya 1:0 hesabı ilə qalib gəliblər. Braziliya ilə oyundan sonra Skaloni 2024-cü ilin yayında-Amerika Kubokundan sonra Argentina millisindən ayrılmağı planlaşdırdığını bildirib.
Fatimə Lətif