Ukrayna müharibəsinə qarşı çıxan vətəndaşlar... - Rusiyada QƏRİBƏ QƏRAR

Ukrayna müharibəsinə qarşı çıxan Rusiya vətəndaşlarının əmlakı müsadirə ediləcək.
Sfera.az xəbər verir ki, Rusiya parlamentinin gündəliyinə daxil olan yeni qanun layihəsinə əsasən, dövlətin Ukrayna müharibəsinə qarşı çıxanların və ordunu nüfuzdan salan şəxslərin əmlakını müsadirə etmək hüququ olacaq. Qeyd edilən hallarla bağlı günahkar bilinən şəxslər ölkənin təhlükəsizliyinə təhdid yaratmaqda ittiham olunacaqlar.
Layihə qəbil edilərsə, Ukraynaya müdaxiləyə qarşı çıxan minlərlə Rusiya vətəndaşının əmlakı müsadirə oluna bilər.
Bununla bağlı Dumanın spikeri Viyaçeslav Volodin qeyd edib ki, Rusiyaya xəyanət edən hər kəs bunun əvəzini ödəməlidir.
Xatırladaq ki, 2022-ci ildə başlayan müharibədən sonra Rusiyada ordunu tənqid etmək cinayət sayılır.
Vasif