Zelenski Putini qəzəbləndirəcək fərman İMZALADI

Zelenski Putini qəzəbləndirəcək fərman İMZALADI

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasında ukraynalıların tarixən məskunlaşdıqları ərazilərlə bağlı fərman imzalayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə dövlət başçısı yanvarın 22-də Ukraynanın Birlik Gününün 105 illiyi münasibətilə təbrikində bildirib.

 

“Bu, Ukraynanın gələcəyi naminə tarixi keçmişlə bağlı həqiqətin qaytarılmasıdır”, - deyə prezident bildirib.



Onun sözlərinə görə, Ukrayna hakimiyyəti “hüquq və azadlıqların birliyi, ukraynalılar və ölkə haqqında həqiqətlər üçün” hər şeyi etməlidir.



Zelenskinin saytında dərc olunan fərmanın mətnində deyilir ki, Ukrayna hakimiyyəti uraynalıların tarixən Rusiya Federasiyasında yaşadıqları torpaqlarda, o cümlədən  Krasnodar, Belqorod, Bryansk, Voronej, Kursk, Rostov vilayətlərində milli kimliyi qorumaq üçün fəaliyyət planı” hazırlamağa hazırlaşır.

 

Bundan əlavə, Ukrayna hakimiyyəti Rusiyada yaşayan ukraynalılara qarşı törədilmiş cinayətlər, həmçinin “məcburi ruslaşdırma siyasəti, siyasi repressiya və deportasiya” haqqında məlumat toplayan mərkəz yaratmağı planlaşdırır.

 


Kiyev həmçinin Rusiya Federasiyasından gələn dezinformasiya və təbliğatla daha fəal mübarizə aparmağı, həmçinin “Ukrayna haqqında rus miflərini ifşa etməyə yönəlmiş” tədbirlər keçirməyi nəzərdə tutur.



Prezident bildirib ki, Rusiya Federasiyası daxilində tarixən məskunlaşdıqları torpaqlarda etnik ukraynalıların əsl tarixini izah etmək üçün Ukraynada təhsil proqramlarına dəyişikliklər ediləcək.

 


Bundan əlavə, Ukrayna prezidenti Ali Radaya vətəndaşlıqla bağlı yeni qanun layihəsi də təqdim etdiyini açıqlayıb.

 

Sənədə əsasən, Rusiya istisna olmaqla, dünyanın müxtəlif ölkələrindən olan bütün etnik ukraynalılar Ukrayna vətəndaşlığını ala biləcəklər.


OXŞAR XƏBƏRLƏR

İşdən çıxarılan direktorun başqa vəzifəsi var imiş

Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli işdən çıxarılıb. Direktor yayılan səsyazısında "Son ...

Barmaqlar suda niyə qırışır? - Alimlər gözlənilməz cavabla üzləşdilər

Binqemton Universitetindən olan amerikalı alimlər maraqlı bir fenomenin - barmaqların suda uzun müddət qaldıqdan sonra qırışmasının əsl səbəbini müəyyən ediblər...

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...