Lavrovun ABŞ səfərinin PƏRDƏARXASI: “O, yaxşı başa düşür ki...” 

Lavrovun ABŞ səfərinin PƏRDƏARXASI: “O, yaxşı başa düşür ki...” 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-nin Nyu-York şəhərinə gedib. O, BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətə, o cümlədən Fələstin məsələsinə dair rüblük açıq debatlarında, həmçinin Rusiyanın təşəbbüsü ilə Ukrayna məsələlərinə dair iclasda iştirak edəcək.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Lavrovun iclasda iştirak üçün getməsinin arxasında duran ən başlıca səbəblərdən biri son dövrlərdə Ukrayna cəbhəsində vəziyyətin xeyli dəyişməsidir:

 

“Rusiya mediasına əsasən, Kreml irəliləyir. Lakin Qərb mediası Rusiyanın müqavimətinin qırıldığını yazır. Əslində bu, informasiya savaşıdır. Amma Lavrov bu reallığı bilir. O, çox yaxşı başa düşür ki, ölkəsi Ukrayna cəbhəsində irəliləyə bilmir. Digər tərəfdən, oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı başlatdığı hərəkatla Rusiya Yaxın Şərqdə yeni cəbhə açmış oldu. Rusiya bir növ ABŞ-nin oyununa cavab vermək üçün “cəbhəyə qarşı cəbhə” üsulu seçib. Görünür, Ukrayna ilə bərabər Fələstinin müstəqil dövlət olmaq məsələsinin gündəmə gələcək və bunu Moskvanın Qərbə resti kimi dəyərləndirmək olar. Yəni, “Ukrayna məsələsində geri addım atmasanız, biz də Fələstinin müstəqilliyini istəyəcəyik”...”

 

Müsahibimiz bildirib, Ukraynaya Qərbin dəstəyi əsas müzakirə obyektidir: “Qərb ölkələrinin dayanmayacağı da Rusiyaya bəllidir. Ukraynanın uduzması, Rusiyanın əlini çox möhkəmləndirəcək. Kreml isə bununla kifayətlənməyəcək, Moldovanı, Gürcüstanı, Qazaxıstanı, digər Baltikyanı ölkələri öz təsir altına almağa çalışacaq. Hətta bu hərəkatı Polşaya qədər davam etdirə bilər. Həmçinin, Rusiya iclasda Ukraynaya yardımların dayandırılmasını tələb edəcək. Bu isə nə Kiyevə, nə də Qərbə sərf etmir. Müharibənin uzanması ümumilikdə Qərbin xeyrinə olan prosesdir. Diplomatiyada isə hətta müharibə vəziyyətində olan dövlətlərdə belə münasibətlər tükənmir. Ona görə bu proses davam edə bilər. Yəni, Lavrovun ABŞ rəsmiləri və digər nümayəndələrlə görüşməsi mümkündür”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

İşdən çıxarılan direktorun başqa vəzifəsi var imiş

Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli işdən çıxarılıb. Direktor yayılan səsyazısında "Son ...

Barmaqlar suda niyə qırışır? - Alimlər gözlənilməz cavabla üzləşdilər

Binqemton Universitetindən olan amerikalı alimlər maraqlı bir fenomenin - barmaqların suda uzun müddət qaldıqdan sonra qırışmasının əsl səbəbini müəyyən ediblər...

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...