"Toppuş bacı"nın ərindən təsirli PAYLAŞIM: "Qiyamətə qədər..."

Bu gün Əməkdar artist Tünzalə Əliyevanın vəfatında bir il keçir.

 

Sfera.az xəbər verir ki, aktrisanın həyat yoldaşı Röyal sosial şəbəkə onunla bağlı təsirli paylaşım edib.

 

“Bu gün kimi xatırlayram... Mənə zəng gəldi ki, qalxın yuxarı, həyatım boyunca unuda bilməyəcəyim söz... Saat 10-da onun ürəyi dayandı. Bir dəfə qaytardıq, saat 11-də isə dayandı qaytara bilmədik.

 

Bəzən düşünürəm ki, Rəbbim bəlkə də Tünzaləni bəzən oyadır, sual cavab edir, o an yəqin ki, düşünür ki, görəsən, Röyal məni unudub? Bir dəfə, bir dəfə də şansım olsaydı, Tünzaləyə demək istərdim ki, mən öncə Rəbbimə, sonra sənə qovuşmaq üçün yaşayıram. Səni ağlımdan bir gün belə çıxarmadım.

 

Qiyamətə qədər sənə əsla xəyanət etməyəcəyəm. Allahım şahid, “Qızımdan və məndən narahat olma” demək istərdim. Sonra özüm-özümə axı, o səni tanıyır, o səndən əmindir, deyirəm. 365 gün oldu, 33 yaşım var, amma tək son bir ilimin tam olaraq 365 günüdür. Günbəgün xatırlayıram, bu gün sənsiz qalmağımın 365 –ci günüdür. Tünzaləni ziyarətə gətdiyim zaman, bəzən qızımız Zəhra yorğun olur. Deyir ki, olar, bu gün anama deyəsən ki, Zəhra yorulub, gələ bilmədi, bu gün... Amma sabah gələcək.

 

Deyirəm ki, yaxşı, narahat olma, deyəcəyəm. Sən şanslısan ki, sənin sözünü anaya deyən biri var. Bəs, mənim sözümü kim desin. Onun üçün çox darıxıram. İnsan bir gün doğulur, bir gün də ölür. Mən bir gün doğuldum, amma hər gün ölürəm. Amma mən o şanslı insanam ki, mənim qəbrim indidən hazırdır, özü də sənin yanında. Bu ölümü mənə xatırlamaq üçün daha bir səbəbdir...”. 

 

Qeyd edək ki, Tünzalə Əliyeva 2023-cü ilin yanvarın 22-də 49 yaşında dünyasını dəyişib. O, xərçəng xəstəliyindən vəfat edib. (Modern.az)


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən etibarlı avtomobil markaları - Adlar

Qlobal markaların gücünü və dəyərini qiymətləndirən araşdırma şirkəti "Branddirectory" dünyanın ən etibarlı səkkiz avtomobil markasının adını açıqlanı...

Trampın sərt ritorikası Azərbayacana da işləyəcək? - RƏY

Donald Tramp ABŞ-nin Rusiyaya qarşı sanksiyaları kəskinləşdirəcəyini elan edib, xüsusilə Rusiyanın ticarət tərəfdaşlarına “ikinci dərəcəli” sanksiya...

Rusiya bir gecədə bu qədər PUA vurdu

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 55 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirl...

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.   Sfera.az məktubun mətnini təqdim edir: &...

Xankəndi orta məktəbin direktor müavini cərimələndi - Məhkəmə rədd etdi

Xankəndi şəhər 4 saylı orta məktəbin direktor müavini cərimələnib.   Sfera.az xəbər verir ki, direktor müavinini Əmək və Əhalinin Sosial Müdafiəsi Na...

Hindistanla Çinin yaxınlaşmağı nə vəd edir? - AÇIQLAMA

Dehli Pekinlə münasibətləri normallaşdırmağa qərar verib. Halbuki, son illərdə münasibətlər son dərəcə gərginləşmişdi. İki ölkə arasındakı sərhədin dağlıq hissə...