Yerli bədii filmlərimiz niyə nümayiş etdirilmir? - Xalq artistindən MARAQLI AÇIQLAMA

Yerli bədii filmlərimiz niyə nümayiş etdirilmir? - Xalq artistindən MARAQLI AÇIQLAMA

2023-cü ilin dekabr ayı üzrə televiziya proqramlarının janrlar üzrə bölgüsünə əsasən, xarici istehsal bədii filmlər yerlilərə nisbətən 4 dəfə daha çox nümayiş etdirilib.Belə ki, müvafiq olaraq, yerli bədii filmlərin çəkisi ümumi payın 0,8, xarici bədii filmlər isə 4,30 faizini təşkil edib.  

 

Əvəllər, xüsusən də, bayram və xüsusi günlərdə yerli bədii filmlərimiz daha çox nümayiş etdirilib. Lakin, ötən illərlə müqayisədə yerli bədii filmlərin nümayişinin azaldılmasına şahid oluruq. Bəs buna əsas səbəb nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Xalq artisti, kinorejissor, ssenarist və aktyor Şeyx Əbdül Mahmudbəyov bildirib ki, bədii filmlərə tələbatın azalmasında bir neçə səbəb var:

 

“İlk növbədə, onu qeyd edim ki, televiziyalarda nəyinsə yayımlanması üçün ödəniş tələb olunur. Bu səbəbdən artıq televiziyalar reklamlara daha çox üstünlük verir. Buna görə də, hansısa qazanc gətirməyən yerli bədii filmi yayımlamaq istəmirlər. Digər tərəfdən, biz hələ də sovet dövründəki yerli bədii filmlərə baxır, onlarla fəxr edirik. Düzdür, keyfiyyətli yerli bədii filmlərimiz çoxdur. Bu yaxınlarda yubileylərini qeyd edən “Yeddi oğul istərəm” və “Nəsimi” filmləri dünyada müvafiq olaraq 147 və 151 ölkədə izlənilib. Lakin tamaşaçılar da artıq köhnələrdən yorulub, yenilik görmək istəyirlər. Keyfiyyətli bədii filmlərin çəkilməsi üçün isə ölkədə kifayət qədər imkan yoxdur. Filmin ərsəyə gətirilməsi üçün həm yaxşı kadr, həm də keyfiyyətli avadanlıq olmalıdır. Bir peşəkar kino çəkmək üçün məcburuq ki, böyük vəsaitlər xərcləyib xarici ölkələrdən avadanlıq gətirək. Bəzi “production”lar çörək pulu qazanmaq üçün aşağı büdcə ilə filmlər çəkir, televiziya və ya kinoteatrlarda nümayiş etdirirlər. Lakin ucuz ətin şorbası olmur”.


Xalq artisti qeyd edib ki, bu ildən vəziyyətin dəyişəcəyinə ümidlidir:

 

“Məlumatıma görə, bu ildən kino sahəsinə daha çox diqqət ayrılacaq. Hətta maddi-texniki avadanlıqdan əlavə, Milli Kino Akademiyasının yaradılması və bu sayədə keyfiyyətli kadrların yetişdirilməsi nəzərdə tutulur. İnanıram ki, bunlardan sonra kino sahəsində inkişaf baş verəcək”.

 

Firuzə Əliyeva


 


OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...