Uzun müddət davam edən baş ağrılarının səbəbi BU OLA BİLƏR - "İnsanların çoxu..."

Uzun müddət davam edən baş ağrılarının səbəbi BU OLA BİLƏR -

Uzun müddət davam edən baş ağrılarının səbəbi beyin şişləri ola bilir. İnsanların çoxu bu xəstəliyin əlamətini daşıdıqlarından xəbərsiz olurlar.

 

Bəs beyin şişi nədir və ona qarşı hansı müalicə üsullarından istifadə etmək olar?

 

Mövzu ilə bağlı Sfera.az-danışan həkim Vüqar Mirzəliyev bildirib ki, beyin şişləri kəllə çevrəsi xaricindəki toxumalara sıçrayıb böyüyən şişdir.

 

“Bugünə qədər beyin şişinin dəqiq yaranma səbəbi tapılmayıb. Son 10 ildə radiasiya yükünün və genetik zədələnmələrin sayı artdığı üçün beyin xərçənginin də sayı artıb. Güclü baş ağrıları, qusma halları, basqı hissi, qıcolmalar, boyun limfalarında şişkinlik beyin şişlərinin əlamətləridir. Hazırda beyin şişlərinin müalicəsi üçün, əməliyyat, radiasiya-şüa və dərman üsullarından geniş istifadə olunur”.

 

Həkim bildirib ki, beyin şişlərinə qarşı ən effektivi stereotaktiki radiocərrahiyə üsuludur. "Bu üsulla şişə yönəlmiş radiasiya verilir. Gen terapiyası, yəni virusla yüklənən xüsusi gen şişin içinə inteksiya ilə yeridilir və bu virus xərçəng hüceyrələrini öldürür. Bu metodların proqnozu şişin ölçüsünə görə təyin edilir. Beyin şişinə tez diaqnoz qoyularsa, kiçikölçülü olduğu üçün onu tamamilə götürmək mümkündür. Ultrasəs müəyinəsi ilə şişin yeri, həcmi müəyyənləşdirilir. Radiocərrahiyyə və radioterapiya üsulunda şiş hüceyrələrini məhv etmək üçün X işıqları kimi yüksək istilikli enerjidən istifadə olunur. Radioterapiya zamanı şüalar yalnız şişə təsir edir. Ətraf toxumalara heç bir ziyan vermir”.

 

Həkimin sözlərinə görə beyin şişinin müalicəsində kimyaterapiya üsulundan da geniş istifadə olunur: “Hazırda kimyaterapiyanın daha az yan təsiri olan saçları tökməyən növləri də var".

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür- FOTOLAR

Həftə sonları istirahət məqsədilə Bakı çimərliklərinə üz tutanların sayında kəskin artımı nəzərə alaraq, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tər...

Hava ilə bağlı XƏBƏRDARLIQ! – BU TARİXƏDƏK…

İyulun 20-22-də bəzi bölgələrdə güclü külək əsəcək.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb...

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 21-də şi...

Sosial media fenomeni vəfat etdi - FOTO

Bir dövr sosial mediada tanınaraq məşhurlaşan "Çello Mustafa" ləqəbli Mustafa Anıl Yıldırım keçirdiyi yol qəzası nəticəsində həyatını itirib.  ...

İlham Əliyevdən İranla bağlı açıqlama: Çox əla...

“Tehranla Bakı arasında münasibətlər çox yaxşı səviyyədədir, İranla münasibətlərimiz əladır və bu əlaqələr davam edəcək. Bu yaxınlarda İran Prezidenti Məs...

Polis istirahət mərkəzlərində profilaktik tədbirlər həyata keçirir

Ölkə ərazisində davam edən isti hava şəraiti ilə əlaqədar insanların istirahət mərkəzlərinə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyin...