"Ümidverici başlanğıcdır..." - "İnter"in 20 yaşlı müdafiəçisi

"Zenit"in braziliyalı müdafiəçisi Robert Renan icarə əsasında çıxış etdiyi "İnternasional"dakı debütünü dəyərləndirib.


Sfera.az bildirir ki, futbolçu bu barədə öz sosial şəbəkə hesablarında paylaşım edib.


Mövsümə qələbə ilə başladığını qeyd edən müdafiəçi debüt oyunundan razı olduğunu bildirib:


“Komandamız üçün ümidverici başlanğıcdır, eyni ruhda davam edəcəyimizə ümid edirəm”.


Xatırladaq ki, 20 yaşlı Renanın icarə əsasında “İnternasional”a keçidi 2024-cü ilin yanvarın əvvəlində baş tutub.


Robert 2023-ci ilin yanvarından "Zenit"in futbolçusudur. O, azad agent kimi mavi-ağ-mavililərə qoşulub. Futbolçunun Rusiya klubu (Zenit) ilə müqaviləsi 2028-ci ilin yayına kimi qüvvədədir. 


Transfermarkt onlayn portalı isə braziliyalı müdafiəçinin bazar dəyərini 9 milyon avro qiymətləndirir.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR