Dövlət dəstəyi kiçik və orta sahibkarların sayını ARTIRIR

Dövlət dəstəyi kiçik və orta sahibkarların sayını ARTIRIR

Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin çox hissəsini mikro, kiçik və orta sahibkarlar təşkil edir. Onların məhsul istehsalında payı, məşğulluqda rolu getdikcə artır. 


Sfera.az xəbər verir ki, 181 minə yaxını hüquqi şəxs statusuna sahib olan sahibkarlıq subyekti var.  


Hüquqi şəxs kimi fəaliyyət göstərən sahibkarların çox hissəsini mikro sahibkarlar təşkil edir. Onların sayı 166 900-dür. 2024-cü il yanvarın 1-nə olan vəziyyətə görə, ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 92,2 faizini mikro sahibkarlıq subyektləri formalaşdırıb. Burada da “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (34,7%), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (12,3%), “Tikinti” (9,6%), “Peşə, elmi və texniki fəaliyyət” (7,6%) və “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (6,8%) sahələrində yaradılmış mikro sahibkarlıq subyektləri daha çoxdur.


Kiçik sahibkarların sayı 9 709 olub. Kiçik sahibkarların əsas hissəsi “Ticarət; nəqliyyat kiçik sahibkarlıq subyektləri təşkil etmiş və onların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (31,4%), “Tikinti” (13,1%), “Emal sənayesi” (10,3%) və “Peşə, elmi və texniki fəaliyyət” (7,3%) sahələrində fəaliyyət göstərir.


Orta sahibkarlıq subyektlərinin sayı isə 3 587-dir. Orta sahibkarlıq subyektlərinin əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (30,2%), “Tikinti” (15,7%), “Emal sənayesi” (11,5%) və “Nəqliyyat və anbar təsərrüfatı” (5%) sahələrində yaradılıb.


Ümumilikdə, kiçik, mikro və orta sahibkarlar hüquqi şəxs status alan bütün sahibkarların 97,7 faizini təşkil edir. 


Qeyd edək ki, iqtisadiyyatda kiçik və orta sahibkarların üstünlük təşkil etməsi bütün dünyada müşahidə edilir. Dünyadakı şirkətlərin təxminən 90%-i mikro, kiçik və orta biznesdir (KOB). KOB-lar dünyada məşğulluğun təmin edilməsində mühüm rol oynayır (60-70%). Dünyada ümumi daxili məhsulun (ÜDM) 50%-i KOB-lar tərəfindən təmin edilir. Onlar iqtisadi artımın və sosial inkişafın mühərrikləri hesab olunur. KOB-ların dayanıqlı inkişafa, məşğulluğun yaradılmasına, yoxsulluğun azaldılmasına, sahibkarlığın və innovasiyaların stimullaşdırılmasına töhfəsi əhəmiyyətlidir. 


Bütün dünyada olduğu kimi, Azərbaycanda da KOB-lar iqtisadiyyatın hərəkətverici qüvvəsi, sabit və davamlı inkişafın açarıdır. Azərbaycan Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin təsnifatının yeni meyarları” təsdiq edilib. Bu meyarlara əsasən, mikro sahibkarlıq subyekti 10 nəfərədək işçisi və illik gəliri 200 000 manata qədər olan kommersiya subyektidir. İşçilərinin sayı 11-50 nəfər arasında olan və illik gəliri 3 milyon manata qədər olan sahibkar kiçik sahibkar sayılır. İşçilərinin sayı 51-250 nəfər, illik gəliri 3-30 milyon manat arasında olan sahibkar orta sahibkardır. 


Ölkəmizdə KOB-lar əsasən ticarət, kənd təsərrüfatı, tikinti, emal, logistika, sənaye, turizm, ictimai iaşə, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-2023-cü illərdə KOB subyektlərinin sayı 50% artıb. Bu dövrdə KOB-ların qeyri-neft ÜDM-də payı 23,5%-dən 28%-ə yüksəlib. Ölkəmizdə sahibkarlar, o cümlədən KOB-lar geniş dövlət dəstəyi tədbirləri ilə əhatə olunur. Dövlət dəstəyinin göstərilməsində Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi mühüm rol oynayır. Agentlik KOB sektorunun tənzimlənməsi, biznesə dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi, KOB-ların maraqlarının qorunması, onların bilik və innovasiyalara, bazarlara çıxışının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir. 


Agentliyin inkişaf mərkəzləri tərəfindən indiyədək ödənişsiz olaraq KOB-ların biznes biliklərinin artırılması məqsədilə 4000-dən çox təlim keçirilib, təxminən 50 000 KOB və 6500-ə qədər sahibkar konsaltinq xidmətlərindən faydalanıb, 1000-ə yaxın KOB üçün pulsuz biznes planları hazırlanıb. 


KOB-ların bazarlara çıxışını dəstəkləmək məqsədilə Azərbaycanda və xarici ölkələrdə keçirilən 70-yə yaxın sərgi və yarmarkada 1800-ə yaxın KOB subyektinin iştirakı pulsuz təmin edilib. Agentlik tərəfindən KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi çərçivəsində 35 sahibkarın məhsullarının müxtəlif ticarət şəbəkələrində satışı təmin edilib. 


Hazırda ölkənin 44 şəhər və rayonunda fəaliyyət göstərən Agentliyin KOB dostları dövlət dəstəyi tədbirləri çərçivəsində yeni kiçik və orta sahibkarlıq subyektlərinin yaradılmasına və mövcud sahibkarlıq subyektlərinin inkişafına, onların investisiya təşəbbüslərinin dəstəklənməsinə, sahibkarlıq maraqlarının qorunmasına dəstək verirlər. 

 

Vasif


Mövzu: azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 

 

 


OXŞAR XƏBƏRLƏR

COP29-la bağlı nəqliyyatda mühüm YENİLİK

"COP29-la bağlı nəqliyyat konsepsiyası hazırlanıb".   Bu sözləri COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin direktoru Orxan Mahmu...

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...

Əfsanəvi “ABBA” ulduzu 79 yaşında üçüncü dəfə evləndi - FOTO

Əfsanəvi “ABBA” qrupunun ulduzu Byorn Ulvaeus sevgilisi Kristina Saş ilə Kopenhagendə evlənib. Öz təbirincə desək, qadın onun "üçüncü böyük sev...

Rəfiqəsi evində uşaq dünyaya gətirdiyi üçün anadan dəymiş ziyanın ödənilməsini tələb edir

Bir qadın gözlənilməz doğuş hekayəsi haqqında paylaşım edərək, başına gələn bu gülməli hadisədən danışıb. Sfera.az bildirir ki, vaxtından əvvəl doğuş keçir...

Bu məktublar kənd əhalisini qorxuya salıb: Kimin yazdığı bilinmir

Şərqi Yorkşirdə (Böyük Britaniya) gözdən uzaq və sakit Şiptontorp kəndinin sakinləri artıq iki ildir ki, narahatlıq və gərginlik içərisindədirlər. Bu, kəndin po...

Beyninə qan sızan da var, ölən də: Şapalaq yarışları getdikcə populyarlaşır

Slap (şapalaq) yarışı Avropada getdikcə populyarlaşır. “YouTube”da milyonlarla insanın izlədiyi bu yarışlar zamanı bəzi insanların beyin qanaması ol...