2023-cü ildə Çindən Azərbaycana konteyner daşımaları 12 dəfə AZALIB

2023-cü ildə Çindən Azərbaycana konteyner daşımaları 12 dəfə AZALIB

Ölkəmizin əlverişli coğrafi mövqeyinə, yükdaşımalar üçün yaxşı dəmiryol infrastrukturuna sahib olmasına baxmayaraq, bu sahədə mövcud olan imkanlardan yetəri qədər istifadə edilmir. Azərbaycan Böyük İpək Yolunun üzərində yerləşir və bu yolla son illərdə şərqdən qərbə, eyni zamanda əks istiqamətdə böyük həcmdə yüklərin daşınmasında artım müşahidə edilir. 

 


Sfera.az xəbər verir ki, Çinin ixrac və idxal imkanlarının artması Avropa ilə bu nəhəng şərq ölkəsi arasında mal dövriyyəsini xeyli artırıb. Çinin xarici ticarət dövriyyəsi artıq 5 trilyon dolları ötüb və bu qədər malın önəmli hissəsi Avropa və Yaxın Şərq ölkələri ilə ticarət olunur. 

 

 

Adıçəkilən tərəflər arasında ticarətin genişlənməsi regionumuzdan yükdaşımaların artmasına əsas yaradır. Amma təəssüflər olsun ki, Azərbaycan bu əlverişli imkanlardan hələ də yetərincə bəhrələnə bilmir. Çünki bu sahədə işlərin təşkilinə məsul olan qurumlar öz vəzifə öhdəliklərini yerinə yetirə bilmir, yeniliklərə yanaşmaqda qeyri-peşəkarlıq göstərirlər. 

 


Yükdaşımaların təşkilində əsas iş “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin üzərinə düşür. Qurum mövcud vəziyyəti, perspektiv inkişaf istiqamətlərini nəzərə alaraq dəmir yolu ilə yükdaşıma imkanlarını artırmalıdır. ADY-nin fəliyyətini qiymətləndirsək, qurumun bu istiqamətdəki fəaliyyəti yetərli deyil və bu azmış kimi mövcud olan zəif göstəricilər də şişirdilmiş şəkildə cəmiyyətə təqdim olunur. 

 

Belə ki, ötən ilin sonunda Azərbaycan mətbuatında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Çin Dəmir Yolları” dövlət korporasiya şirkətinin nümayəndələri arasında görüşün keçirilməsi barədə məlumat yayılıb. Bu görüşün yekunları üzrə bir neçə maraqlı rəqəm açıqlanıb.

 

Rəqəmlərə əsasən,  Azərbaycanla Çin arasında dəmir yolu nəqliyyatı vasitəsilə yük daşımaları 2023-cü ilin 11 ayı ərzində 47%, yəni 1,5 dəfəyə qədər artıb. Qurumun şərhinə görə bu, Çinlə Azərbaycan arasında ticarətin sürətlə artması fonunda baş verib. ADY bildirir ki, Çindən idxal daşımalarda ötən il 549%, Çinə ixrac daşımalarında isə 331% artım olub. 

 


İlk baxışdan bu göstəricilər çox yaxşı görünsə də, çox sayda problemi üzə çıxaran digər rəqəmlər də var. Bu problemlər Orta Dəhlizin Azərbaycan seqmenti üzrə daşımaların statistikası ilə bağlıdır. Məsələn, 2023-cü ildə Çindən Azərbaycan istiqamətində yükdaşımaların həcmi təxminən 5 dəfə - 128 min tondan 28 min tona qədər azalıb. Konteyner daşımalarında dinamika daha da pisdir. Konteynerlərin sayı 12 dəfə azalaraq onsuz da cüzi olan 7200-dən 600-ə qədər enib.

 


ADY tranzit yüklərin daşınması ilə bağlı statistik məlumatları şişirdir, həqiqəti gizlədir. Həqiqət odur ki, Çin yüklərinin böyük hissəsinin daşınmasında bizim dəhlizdən yan keçməklə dəniz və multimodal marşruta üstünlük verilir. Azərbaycan dəmiryolçuları isə Gürcüstan limanlarından dəmir yolu ilə Azərbaycana daxil olan həcmləri də tranzit daşımalara aid edirlər. Lakin bunun da Azərbaycanın tranzit marşrutlarına dair göstəricilərə müsbət təsiri sıfıra yaxındır. 

 


Sadalananlar göstərir ki, ADY bazarda mövqeyini möhkəmləndirmək üçün artan ticarət həcmlərindən istifadə etməyə hələ öyrəşməyib və dəmir yolu ilə tranzit yükdaşımaları hələ ki reallıqdan daha çox istəkdir. Paradoks isə ondadır ki, bütün bunlar Orta Dəhlizin Qazaxıstan hissəsində daşımaların və avtomobil nəqliyyatı ilə tranzit daşımalarının artması fonunda baş verir.

 

Altay


OXŞAR XƏBƏRLƏR

COP29-la bağlı nəqliyyatda mühüm YENİLİK

"COP29-la bağlı nəqliyyat konsepsiyası hazırlanıb".   Bu sözləri COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin direktoru Orxan Mahmu...

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...

Əfsanəvi “ABBA” ulduzu 79 yaşında üçüncü dəfə evləndi - FOTO

Əfsanəvi “ABBA” qrupunun ulduzu Byorn Ulvaeus sevgilisi Kristina Saş ilə Kopenhagendə evlənib. Öz təbirincə desək, qadın onun "üçüncü böyük sev...

Rəfiqəsi evində uşaq dünyaya gətirdiyi üçün anadan dəymiş ziyanın ödənilməsini tələb edir

Bir qadın gözlənilməz doğuş hekayəsi haqqında paylaşım edərək, başına gələn bu gülməli hadisədən danışıb. Sfera.az bildirir ki, vaxtından əvvəl doğuş keçir...

Bu məktublar kənd əhalisini qorxuya salıb: Kimin yazdığı bilinmir

Şərqi Yorkşirdə (Böyük Britaniya) gözdən uzaq və sakit Şiptontorp kəndinin sakinləri artıq iki ildir ki, narahatlıq və gərginlik içərisindədirlər. Bu, kəndin po...

Beyninə qan sızan da var, ölən də: Şapalaq yarışları getdikcə populyarlaşır

Slap (şapalaq) yarışı Avropada getdikcə populyarlaşır. “YouTube”da milyonlarla insanın izlədiyi bu yarışlar zamanı bəzi insanların beyin qanaması ol...