Kürdlərin partiyası İmamoğlunu dəstəkləmək üçün ŞƏRTLƏRİNİ AÇIQLADI: "Esenyurt, İBB-də kadr..."

Kürdlərin partiyası İmamoğlunu dəstəkləmək üçün ŞƏRTLƏRİNİ AÇIQLADI:

Türkiyədə Cümhuriyyət Xalq Partiyası (CHP) və Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) liderləri iki dəfə görüşdükdən sonra nümayəndə heyətləri arasında danışıqların aparılması Türkiyə ictimaiyyəti arasında müxtəlif müzakirələrə yol açıb.


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, DEM Partiyasının İstanbulda Əkrəm İmamoğlunu dəstəkləməsi müqabilində Esenyurtu istədiyi iddia edilib. Digər tərəfdən, həmin görüşlərdən sonra bütün gözlər konkret bəyanatlara çevrilib.

 

Ardıcıl görüşlər, yerli seçkilər üçün əməkdaşlıq əlaqələri...


DEM Partiyası Ankarada namizəd irəli sürəcəklərini açıqlayıb, ancaq İstanbul üçün heç bir açıqlama verilməyib. CHP və DEM partiyası heyətləri əməkdaşlığı möhkəmləndirmək üçün işlərini davam etdirərkən, bu əməkdaşlıqla bağlı diqqətçəkən iddialar gündəmə gəlib. Buna görə DEM Partiyası CHP namizədlərini dəstəkləmək üçün şərtləri müəyyən edib. DEM Partiyasının İstanbul Böyükşəhər Bələdiyyə Başqanlığı yarışında Əkrəm İmamoğlunu dəstəkləmək müqabilində Esenyurtu istədiyi iddia edilib. Yəni Esenyurtda DEM Partiyasının namizədinin CHP tərəfindən dəstəklənməsi, hətta başqa namizəd göstərilməməsi istənilir.

 

Ancaq digər tərəfdən CHP nümayəndələri hər bir dairədən namizəd irəli sürəcəklərini vurğulamaqda davam edir. DEM Partiyasının İstanbul Böyükşəhər Bələdiyyəsinə işə qəbul zamanı müəyyən miqdarda kadr vədləri tələb etdiyi də iddia edilir. DEM Partiyasının həmsədri Tuncer Bakırhan da açıqlamasında əməkdaşlığın təfərrüatlarından danışıb:

 

"Düstur belədir: biz hər iki partiyanın səslərinin bir araya gəlib qalib gələcəyi şəhərləri müəyyənləşdirməyə çalışırıq. CHP iddialı olduğu yerdə öz namizədləri, bizim iddialı olduğumuz yerdə isə öz namizədlərimiz...Qarşılıqlı mənfəət əldə etmək vacibdir", - o bildirib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Hava ilə bağlı XƏBƏRDARLIQ! – BU TARİXƏDƏK…

İyulun 20-22-də bəzi bölgələrdə güclü külək əsəcək.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb...

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 21-də şi...

Sosial media fenomeni vəfat etdi - FOTO

Bir dövr sosial mediada tanınaraq məşhurlaşan "Çello Mustafa" ləqəbli Mustafa Anıl Yıldırım keçirdiyi yol qəzası nəticəsində həyatını itirib.  ...

İlham Əliyevdən İranla bağlı açıqlama: Çox əla...

“Tehranla Bakı arasında münasibətlər çox yaxşı səviyyədədir, İranla münasibətlərimiz əladır və bu əlaqələr davam edəcək. Bu yaxınlarda İran Prezidenti Məs...

Polis istirahət mərkəzlərində profilaktik tədbirlər həyata keçirir

Ölkə ərazisində davam edən isti hava şəraiti ilə əlaqədar insanların istirahət mərkəzlərinə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyin...

Novxanıda dənizdə batan yeniyetmələrin FOTOSU

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan iki nəfər 16 yaşlı yeniyetmələrdir.   Sfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Kosayev Tacir...