“Falçılar vergiyə cəlb olunmalıdır!” – AÇIQLAMA 

“Falçılar vergiyə cəlb olunmalıdır!” – AÇIQLAMA 

Son zamanlar sosial media vasitəsilə fala baxanların sayında artım müşahidə olunur. Təəssüf ki, paralel olaraq bəzi vətəndaşlar da qurbana çevrilirlər. Falçılar xidmətlərinin qarşılığını müştərilərə qabaqcadan verilən bank hesablarına edilən ödəmələrlə alırlar.

 

Lakin bir çoxları göstərilən xidmətdən narazılıq edir, ödənişlərin geri qaytarılmasını tələb edir, nəticədə itirən tərəf olurlar.

 

Bununla bağlı Sfera.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, dünyanın bir çox ölkələrində fala baxanlar kifayət qədərdir:

 

“Kanada kimi inkişaf etmiş ölkələrdə belə dəfələrlə özüm fala baxanları görmüşəm. Dövlətin bu vəziyyətdə əsas işi onları vergiyə cəlb etməkdir. Bir çox ölkələrdə heç düşünülmür ki, istehlakçılar aldadılır, pullar hara gedir və.s. Dövlətə əsas onların vergiyə cəlb olunmaları lazımdır. Necə deyərlər, kimin kimi aldatması önəmli deyil. Təəssüf ki, Azərbaycanda da vəziyyət belədir. Əlbəttə, bu, normal hal deyil”.

 

Sədr qeyd edib ki, bu istiqamətdə əhali maarifləndirilmir: “Təəssüf ki, Azad İstehlakçılar Birliyinin də bununla bağlı böyük günahı var. Biz də əhalini belə məsələlərdən çəkindirmirik. Falçılarla bağlı bizə yazılı şikayətlər daxil olmayıb. İldə bir-iki dəfə telefon zəngləri olur - "Necə hərəkət edək?" və.s. soruşurlar. Falçı hüquqi şəxsdirsə, vətəndaş ona pul ödəyibsə, buna da istehlakçı hüquqlarının pozulması kimi baxıla bilər. İstehlakçılar bu cür şikayətlərlə müraciət edərsə, əlbəttə, onların hüquqlarını qorumağa hazırıq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Hava ilə bağlı XƏBƏRDARLIQ! – BU TARİXƏDƏK…

İyulun 20-22-də bəzi bölgələrdə güclü külək əsəcək.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb...

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 21-də şi...

Sosial media fenomeni vəfat etdi - FOTO

Bir dövr sosial mediada tanınaraq məşhurlaşan "Çello Mustafa" ləqəbli Mustafa Anıl Yıldırım keçirdiyi yol qəzası nəticəsində həyatını itirib.  ...

İlham Əliyevdən İranla bağlı açıqlama: Çox əla...

“Tehranla Bakı arasında münasibətlər çox yaxşı səviyyədədir, İranla münasibətlərimiz əladır və bu əlaqələr davam edəcək. Bu yaxınlarda İran Prezidenti Məs...

Polis istirahət mərkəzlərində profilaktik tədbirlər həyata keçirir

Ölkə ərazisində davam edən isti hava şəraiti ilə əlaqədar insanların istirahət mərkəzlərinə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyin...

Novxanıda dənizdə batan yeniyetmələrin FOTOSU

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan iki nəfər 16 yaşlı yeniyetmələrdir.   Sfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Kosayev Tacir...