Avropa böhranla üzləşə bilər - Müqavilənin müddəti bitir

Avropa böhranla üzləşə bilər - Müqavilənin müddəti bitir

Ötən il Avropada qaz qiymətləri 2022-ci ilə nisbətən 60% ucuzlaşıb.

 

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, ötən ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinə və bununla əlaqədar Qırmızı dəniz vasitəsilə beynəlxalq tədarükün kəsilməsinə baxmayaraq, Avropada mayeləşdirilmiş təbii qazın (LNG) qiymətləri enməkdə davam edir. 

 

Hadisə rekord həcmdə qaz ehtiyatlarının olması, bərpa olunan enerjiyə böyük sərmayə qoyulması və yüksək sənayeləşmiş ölkələrdə yavaş iqtisadi artımın enerji tələbatını məhdudlaşdırması ilə əlaqələndirilib.

 

Lakin yenə də Avropa ölkələrinin, eləcə də Yaponiya, ABŞ və Çinin növbəti böhranla üzləşmə riski var.

 

Rusiyadan Ukrayna ərazisindən Qərbi və Mərkəzi Avropa ölkələrinə qaz tədarük edən tranzit xəttinə dair müqavilənin müddəti bu ilin sonunda başa çatır. 2024-cü il üçün müqavilənin uzadılması haqqında qərar olmasa, tranzit xəttinin bağlanması qaz tədarükünü azaldacaq. 


 
Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Hava ilə bağlı XƏBƏRDARLIQ! – BU TARİXƏDƏK…

İyulun 20-22-də bəzi bölgələrdə güclü külək əsəcək.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb...

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 21-də şi...

Sosial media fenomeni vəfat etdi - FOTO

Bir dövr sosial mediada tanınaraq məşhurlaşan "Çello Mustafa" ləqəbli Mustafa Anıl Yıldırım keçirdiyi yol qəzası nəticəsində həyatını itirib.  ...

İlham Əliyevdən İranla bağlı açıqlama: Çox əla...

“Tehranla Bakı arasında münasibətlər çox yaxşı səviyyədədir, İranla münasibətlərimiz əladır və bu əlaqələr davam edəcək. Bu yaxınlarda İran Prezidenti Məs...

Polis istirahət mərkəzlərində profilaktik tədbirlər həyata keçirir

Ölkə ərazisində davam edən isti hava şəraiti ilə əlaqədar insanların istirahət mərkəzlərinə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyin...

Novxanıda dənizdə batan yeniyetmələrin FOTOSU

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan iki nəfər 16 yaşlı yeniyetmələrdir.   Sfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Kosayev Tacir...