Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müzakirə ediləcək

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müzakirə ediləcək

Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin bu gün Brüsseldə keçiriləcək iclasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı diplomatik mənbələrə istinadən xəbər yayıb.

 

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell mövzu ilə bağlı təqdimatla çıxış edəcək.

 

Bundan başqa, nazirlər Ukraynaya uzunmüddətli hərbi və iqtisadi yardım, Fələstin-İsrail münaqişəsi, Aİ-nin Qırmızı dənizdəki missiyası və Rusiyaya qarşı 13-cü sanksiyalar paketi haqqında fikir mübadiləsi aparacaqlar.


OXŞAR XƏBƏRLƏR