59 kq-lıq cinsiyyət orqanı ilə həyatı cəhənnəmə çevrilən adam - FOTOLAR

59 kq-lıq cinsiyyət orqanı ilə həyatı cəhənnəmə çevrilən adam - FOTOLAR

Təsəvvür edin, bir insan ayaqları arasında təxminən 60 kq çəki daşıyır.
 

49 yaşlı Uesli Uorren (Wesley Warren Jr.) dörd ildən çox bu yükü daşımalı olub.


Sfera.az bildirir ki, olduqca nadir diaqnozu olan Uesli Uorren Skrotal limfedema adlı xəstəlikdən əziyyət çəkib.

 

Ueslinin cinsiyyət orqanındakı kütlə cərrahi yolla çıxardılıb.


Uorrenin cinsiyyət orqanından kəsilən şişkin kütləni tərəziyə qoyanda həkimlər şoka düşüblər.


Kütlənin çəkisi 59 kq olub. Cərrahlar çıxardığı şişdə maye və kiçik toxuma parçaları olmadığını deyir. Yəni Ueslinin daşıdığı kütlənin xalis çəkisi bu olub.
 

“Mən bayıra çıxanda əksəriyyət mənə baxıb şok, qorxu və çaşqınlıq içində gülürdü”.
 

Uesli 2008-ci ildə xəstəliyə ilk dəfə aşağı ətraflarında ağrı ilə oyandığını deyir. Onun cinsiyyət orqanı ətrafındakı toxuma tezliklə şişməyə başlayıb və nəticədə ayda təxminən 1 kq böyüyüb.
 

Bir həkim Uorrenə problemi həll etmək üçün kastrasiya lazım ola biləcəyini, digərləri isə əməliyyat masasında öləcəyini deyib.


Əməliyyatın qiyməti yüz minlərlə dollar olacaqdı. Uorren Howard Stern radio şousuna qatılaraq, kömək üçün müraciət edib.


Skrotal limfedema xəstəliyindən əziyyət çəkən bir xəstə onu pulsuz əməliyyat etməyi öhdəsinə götürən həkim Joel Gelmana yönləndirib.


İrvine Kaliforniya Universitetinin Rekonstruktiv Urologiya Mərkəzinin direktoru Gelman ümid edir ki, medianın diqqəti problemi olan digər kişiləri də müalicə almağa təşviq edəcək.
 

Bəs, skrotal limfedema nədir?




Skrotal limfedema, həmçinin “skrotal elephantiasis” olaraq bilinir. Dr. Gelman, toxuma qalınlaşması və mayenin yığılması səbəbindən cinsiyyət orqanının kütləvi genişləndiyini deyir.
 

Bu xəstəliyə nə səbəb olur?


Şimali Amerikadan kənarda skrotal limfedema adətən ağcaqanadlar tərəfindən yayılan limfatik filariaz adlı parazitar infeksiyadan qaynaqlanır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, “ip kimi qurdlar” limfa sisteminə girərək insanın immun sisteminə müdaxilə edə bilir.
 

Lakin Gelmanın sözlərinə görə limfatik filariaz ABŞ-da demək olar ki, eşidilmir. Burada skrotal limfedema hallarının çoxu limfa damarlarının tıxanması nəticəsində yaranır ki, bu da bölgədən mayenin axmasına mane olur. Həkimlər bu tıxanmaya nəyin səbəb olduğuna əmin deyillər. Uorrenin vəziyyətində isə Gelman hesab edir ki, buna onun xaya nahiyəsində yaranan zədə və ya travma səbəb olub.


Xəstəliyin ən bariz əlaməti isə şişməyə başlayan skrotumdur.


Bu şişkinliyin ölçüsü qreyfrutdan basketbol topuna qədər dəyişə bilər. Bununla belə, Gelman kütlənin "maksimum ölçüsü" olmadığını bildirir. Xəstə müalicə alana qədər kütlə artmağa davam edir. Uorrenin skrotumu Gelmanın indiyə qədər gördüyü ən böyük skrotum olub.


"Uorrenin vəziyyətində, addım atmaq ağırlıq qaldırmaqla eynidir."


Gelman Uorrenin cinsiyyət orqanı dərisinin 30 santimetr altında “basdırıldığını”, lakin tam işlək olduğunu bildirib. Şişmiş dərisinin ucundan yuxarı təbəqəyə qədər bir növ tunel əmələ gəlmişdi ki, bu da Uorrenin köməksiz sidiyə gedə bilməməsinə şərait yaratmışdı.



“Uorren yenidən gəzir və həyatdan həzz alır” - deyə Dr. Gelman bildirib.


 

Vəziyyətinə görə zədələnmiş bəzi əlavə dərini çıxarmaq üçün ona növbəti əməliyyat lazımdır. Gelman, cinsiyyət orqanının və xayanın örtülməsi üçün Uorrenə dəri transplantasiyası etməyi də öz üzərinə götürüb.
 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 2

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...

Qarabağ Universitetinin tələbə yataqxanası təmirdən sonra - VİDEO

Elm və Təhsil Nazirliyi Qarabağ Universitetinin tələbə yataqxanasının təmirindən sonra görüntülərini yayıb.   Sfera.az xəbər verir ki, bu barədə nazi...

RF XİN: "Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq"

Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.   Sfera.az xəbər verir ki,bunu&n...

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...