Lənkaranda azyaşlını zorlayan şəxsə hökm oxundu

Lənkaranda azyaşlını zorlayan şəxsə hökm oxundu

2023-cü ildə Lənkəran rayonunun kəndlərindən birində 11 yaşlı qıza təcavüz etmiş Lənkəran şəhər sakini, 1979-cu il təvəllüdlü Ceyhun Liftiyevə hökm oxunub.

 

Sfera.az xəbər verir ki, C.Liftiyev Cinayət Məcəlləsinin 150.3.3-cü (14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq əməlləri) maddəsi ilə təqsirli bilinib.

 

Məhkəmədə bildirilib ki, Ceyhun Liftiyev Lənkəranla Bakı arasında özünə məxsus “Mercedes-Benz” markalı avtomobillə taksi fəaliyyəti göstərib və ailəlidir, üç uşaq atası olub.

 

Onun təcavüz etdiyi 11 yaşlı qız isə Ceyhunun arvadının əmisi nəvəsi olub və hadisə vaxtı beşinci sinifdə oxuyurmuş.

 

Ceyhun həmin kəndə qohumuna çatacaq bağlamanı apararkən azyaşlı qızın evdə tək olmasını bilib və mənzilə daxil olaraq sərxoş halda ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Axşam saatlarında 11 yaşlı qız başına gələnləri qonşuluqda yaşayan qohumuna və nənəsinə deyib və polisə məlumat verilib. Az sonra Ceyhun Liftiyev saxlanılıb və barəsində cinayət işi açılıb.

 

Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli hökmü il Ceyhun Liftiyev 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdə onun cəzasını ciddi rejimli müəssisədə çəkməsi də qeyd edilib. (Publika.az)


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...