Buzlaqlar əriyir, planetimizi böyük təhlükə gözləyir - FOTOLAR

Maraqlı
18:00 / 20.01.2024
15408
İsveçrənin Lozanna Universiteti və Fransanın Qrenobl Universiteti tərəfindən Alp dağlarında buz həcminin gələcəyi ilə bağlı araşdırma dərc edilib.
Sfera.az xəbər verir ki, araşdırmaya görə, 2050-ci ilə qədər Alp dağlarında buzun minimum 34 faizi yox ola bilər.
Başqa bir hesablamaya görə, son 20 ildə buzlaqların ərimə tendensiyası davam edərsə, 2050-ci ilə qədər buzlaqların həcminin təxminən 46 faizi əriyə bilər.
Son 10 ilin məlumatlarına əsaslansaq, bu nisbət 65 faizə qədər arta bilər.
Tədqiqatda fikirləri yer alan Lozanna Universitetinin müəllimi Samuel Kook buzlaqlarla bağlı mövcud vəziyyətin daha da pis ola biləcəyinə diqqət çəkib.
Firuzə Əliyeva