Kardaşyanın yeni sevimlisi Lana Del Rey kamera qarşısına keçdi - FOTOLAR

"Blue Jeans", "Video Games", "Summertime Sadness" və "High by the Beach" kimi mahnıları ilə tanınan amerikalı müğənni Lana Del Rey Kim Kardaşyanın brendi üçün kamera qarşısına keçib.
Sfera.az xəbər verir ki, realiti-şou ulduzu və sosial media fenomeni, milyard dollarlıq SKIMS brendinin sahibi Kim Kardaşyan Sevgililər Günü üçün hazırlıqlara başlayıb.
Öz brendinin kampaniyalarında da iştirak edən ulduz bəzən məşhur adlarla işləməyə üstünlük verir.
Realiti-şou ulduzunun son sevimlisi amerikalı müğənni Lana Del Rey olub.
Nadia Li Koenin çəkdiyi şəkillərdə krujeva və ürək detalları diqqət çəkib.
"Mən əvvəldən SKIMS brendinin böyük pərəstişkarı olmuşam. Bu kampaniyada iştirak etmək çox həyəcanvericidir",- müğənni bildirib.
Firuzə Əliyeva