Hindistan-Pakistan sərhədində qanlı atışma

Hindistan-Pakistan sərhədində qanlı atışma

Hindistan-Pakistan sərhədində baş vermiş atışma nəticəsində 11 hindistanlı hərbçi həlak olub.
 
Sfera.az APA-a istinadən xəbər verir ki, bunu Pakistan ordusu Baş qərargahının rəisi Rahil Şərif bəyan edib.

Noyabrın 14-də Kəşmir ştatındakı nəzarət zolağında baş vermiş silahlı insident zamanı 7 pakistanlı hərbçinin həlak olduğu bildirilirdi.
 
Qeyd edək ki,  son günlər Hindistan-Pakistan sərhədində toqquşmaların sayı artmaqdadır. Tərəflər atəşkəsin pozulmasında bir-birilərini ittiham edirlər.


OXŞAR XƏBƏRLƏR