"20 Yanvar Azərbaycan xalqının və dövlətinin qəhrəmanlıq və şərəf tarixidir" - Fəzail Ağamalı

"20 Yanvar Azərbaycan xalqının və dövlətinin qəhrəmanlıq və şərəf tarixidir". 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib.

 

Millət vəkili şəhidlərimizə rəhmət diləyib:

 

"Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda verdiyimiz ilk Şəhidlər, öz qəhrəmanlıqları ilə xalqımızın taleyində dönüş nöqtəsi yaratdılar. 20 Yanvar faciəsi Azərbaycanın istiqlal uğrunda mübarizəsində dönməz xarakter daşıdı. Ümumxalq hüzn günündə 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün Şəhidlərimizə rəhmət diləyirəm" .

 

Ayxan

 


OXŞAR XƏBƏRLƏR