Məşhur aktyor alt paltarının içində narkotiklə saxlandı

Məşhur aktyor alt paltarının içində narkotiklə saxlandı

Rusiyanın məşhur aktyoru Anatoli Rudenko Moskvanın mərkəzində narkotiklə saxlanılıb.


Sfera.az bildirir ki, polis əməkdaşları aktyorun olduğu taksini saxlayıblar. İddialara görə, aktyor özünü şübhəli aparıb, bu səbəbdən hüquq-mühafizə orqanları onu yoxlamaq qərarına gəlib. Onun alt paltarında ağ maddə olan bağlama aşkarlanıb.


"Sənətçi qasıq nahiyəsinə bağlama yapışdırıb. Bağlamanın içərisində 0,57 q mefedron aşkarlanıb. O, polis şöbəsinə aparılıb. Aktyor bağlamanı küçədən tapdığını və onu it zəhərilə səhv saldığını deyib. Sonra bunun əslində nə olduğunu söyləsələr də, o, tapdıqlarını atmaq istəməyib. Buna baxmayaraq, o "mef" satmaq niyyətində də olmayıb”.




İstintaqı aparılan aktyoru 3 ilə qədər həbs gözləyir. Rudenkoya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsi - "Narkotik vasitələrin satışı məqsədi olmadan qanunsuz saxlama" maddəsi üzrə cinayət işi açılıb.


Anatoli Rudenkonun anası hadisə ilə bağlı açıqlama verib.

 

O: "Oğlumu heç vaxt sərxoş görməmişəm, narkotikdən söhbət gedə bilməz. Bizim ailəmiz nöqsansız reputasiyaya malikdir"-deyib.


O, Anatoli Rudenkonun başına gələnləri tamamilə qurma adlandırıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR