Almaniya və Rusiya arasında müharibə olacaq? - AÇIQLAMA

Alman ekspertlər hesab edir ki, Rusiya ilə NATO arasında silahlı qarşıdurma mümkündür.
Sfera.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius “Tagesspiegel”ə müsahibəsində belə bir ssenarinin beş-səkkiz ildən sonra inkişaf edə biləcəyini bildirib.
Rəsminun qeyd etdiyi kimi, o, Rusiya Federasiyasının NATO-ya hücumunu hələ də mümkün hesab etmir. Eyni zamanda o, ekspertlərin yaxın 5-8 il ərzində müharibənin başlaya biləcəyi ilə bağlı iddialarına da inanmağa meyllidir.
“Biz Kremldən demək olar ki, hər gün Baltikyanı ölkələrdəki dostlarımıza qarşı təhdidlər eşidirik. Ona görə də nəzərə almalıyıq ki, bir gün Rusiya, hətta NATO üzvü olan ölkəyə də hücum edə bilər”, - Pistorus bildirib.
Müdafiə Nazirliyinin rəhbəri həmçinin bəyan edib ki, bəyanatı ilə "ictimaiyyəti ayıltmaq" və Almaniya silahlı qüvvələrini ssenarinin bu inkişafına hazır olmağa çağırıb.
Xatırladaq ki, bundan əvvəl NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauer Silahlı Qüvvələrin Rusiya ilə müharibəyə başlamağa hazır olduğunu açıqlayıb. O bu barədə mülki əhaliyə xəbərdarlıq edib.
Əzizə Zeynal