İkardi məşqə qatıldı: "Trabzonspor" matçında meydanda olacaq?

İkardi məşqə qatıldı: 

"Qalatasaray" "Trabzonspor" matçının hazırlıqlarını Okan Burukun rəhbərliyi altında məşqlə davam etdirib. 


Sfera.az bildirir ki, məşqdə argentinalı hücumçu Mauro İkardi də iştirak edib.


Klub sabah saat 11:30-da edəcəyi məşqlə Trabzonspor matçının hazırlıqlarını tamamlayacaq.


Sarı-qırmızılıların məşqində argentinalı futbolçu Mauro İkardinin də iştirakı oyunçuların əhval-ruhiyyəsini qaldırıb. 


Qeyd edək ki, bir müddət əvvəl zədələndiyinə görə İkardinin matçlarda iştirak etməyəcəyi bildirilmişdi.

 

Fatimə Lətif
 


OXŞAR XƏBƏRLƏR